Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İsrailin yeni hökumətinin tərkibi məlum oldu - SİYAHI

  İsrail parlamenti Likud partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökuməti təsdiqləyib.

 Yenixeber.org: 63 deputat hökumətin lehinə, 54-ü əleyhinə səs verib.

Netanyahu və hökumət üzvləri vəzifələrinə başlamaq üçün and içiblər.

Netanyahunun mühafizəkar Likud partiyasının üzvü, 64 yaşlı Yoav Qalant ölkənin müdafiə naziri olacaq. Qalant 2020-ci ildən 2021-ci ilə qədər İsrailin təhsil naziri vəzifəsində çalışıb. O, əvvəllər Ədliyyə və inteqrasiya naziri (2019-2020), tikinti naziri (2015-2019), İsrailin cənub hərbi bölgəsinin komandanı (2005-2010) və İsrail baş nazirinin hərbi katibi (2002-2005) olub. 

Sionizm partiyasına rəhbərlik edən Bezalel Smotriç isə maliyyə naziri təyin edilib. Radikal dindar hesab edilən Smotriç azad bazarları müdafiə etdiyini açıqlayıb. 42 yaşlı nazir Fələstin dövlətçiliyinin əleyhinədir. 

Xarici işlər naziri postunu Eli Kohen tutacaq. Əvvəlki Netanyahu hökumətində kəşfiyyat naziri olan 50 yaşlı Kohen Likud partiyasının üzvüdür.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdir. İfrat sağçı Yəhudi Gücü partiyasına rəhbərlik edən Ben-Qvir bütün vətəndaşlar üçün qanun və qaydaya diqqət yetirəcəyinə söz verib.

46 yaşlı Ben-Qvir Fələstinin dövlətçiliyinə qarşıdır və 1990-cı illərdə qurulmuş Fələstin Muxtariyyəti hökumətinin dağıdılmasının tərəfdarıdır. O, vaxtilə İsrail və ABŞ-da "qara siyahı"ya düşən Kahane Çaiyə yəhudi silahlı qruplaşmasının üzvü olub.

63 yaşlı utra-pravoslav ravvin Arye Deri daxili işlər və səhiyyə naziri vəzifəsinə layiq görülüb. 1999-cu ildə Deri rüşvət aldığı üçün üç il müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci ildə yenidən siyasətə qayıdıb. Koalisiya müqaviləsinə əsasən, Deri iki ildən sonra maliyyə naziri olacaq.

İsrailin Vaşinqtondakı keçmiş səfir Ron Dermer strateji işlər naziri postunu tutub. 2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə əlaqələrinin qurulmasında əsas rol oynayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam