Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Müttəfiq ölkədən Türkiyəyə xain həmlə -Gizli plan deşifrə edildi

Türkiyə ordusundan ölkə daxilində və sərhəddən kənarda ağır zərbə alan PKK terror təşkilatını bu dəfə Suriyanın şimalında planlaşdırılan əməliyyatdan təşviş keçirir.

Yenixeber.org: Mümkün əməliyyatın qarşısını almaq üçün Türkiyənin kritik nöqtələrində terror aktları həyata keçirməyi planlaşdıran PKK Suriya və Şimali İraqdakı diversantlarını ölkə ərazisinə sızdırmaq üçün paramotorlardan istifadə etməyə başlayıb.

Görülən tədbirlərlə paramotorlarla keçidləri sıfıra endirilən PKK bu dəfə çaylar vasitəsilə Türkiyəyə sızmağa çalışır.

Türkiyədə “dəniz qüvvələri”ni yenidən formalaşdırmaq üçün hərəkətə keçən PKK ABŞ-ın Suriyada təlim keçdiyi terrorçularını Türkiyəyə sızdırmaq üçün Fərat çayından istifadə etməyə başlayıb. Təlim keçmiş terrorçuların Suriyanın Latakiya şəhərindən Hatayın Samandağ qəsəbəsinə köçürülməsinin planlaşdırıldığı üzə çıxıb.

“Yeni Şafak”ın xəbərinə görə, PKK-nın bu keçidi üçün Mənbiçin Karakozak bölgəsində terrorçularına dalğıc təliminin verildiyi bəlli olub. ABŞ hərbçilərinin PKK terrorçularına 15 gün dalğıc və digər təlimləri verdiyi iddia edilir. Təlim materialları arasında Avropa ölkələrindən gətirilmiş və su altında sürətli hərəkəti təmin edən SEABOB-lar da var.

Təlim keçən 2 PKK terrorçusunun SEABOB vasitəsi ilə Suriyanın Lazkiyə şəhərinin Kesap bölgəsindən Hatayın Yayladağı qəsəbəsinə keçməyə cəhd etdiyi, amma buna nail ola bilmədiyi deyilib.

Digər tərəfdən, Deyr əz-Zorda amerikalı pilotların 80 PKK terrorçusuna helikopterlərlə təlim keçdiyi bildirilib. Təlim keçən terrorçuların Suriyanın Rumeylan və İraqın Süleymaniyyə bölgələrinə göndərildiyi qeyd olunub./Teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam