Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Rusiyanın Ermənistandakı hərbi bazası təlim keçirib -AÇIQLAMA

                Təlim uçuşlarına çoxməqsədli qırıcılar cəlb olunub.

Yenixeber.org: Ermənistan mediasının verdiyi xəbərə görə, bu barədə Ermənistan Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistandakı Cənub Hərbi Dairəsinin (SMD) hərbi bazasının əməliyyat-taktiki aviasiyasının MiQ-29 çoxməqsədli qırıcılarının pilotları təlim uçuşlarında iştirak ediblər.

Bundan əlavə, qeyd edilir ki, təlim zamanı bir sıra təlim tapşırıqları işlənib, hazırlanıb.

“Pilotlara kompleks və akrobatika elementlərini - döyüş növbələrini, üfüqi “lülələri”, döngələri, böyük maillik bucaqlı dalış sürüşmələrini və s. işləyib hazırlamaq tapşırılıb. Bundan başqa, Cənub Hərbi Dairəsinin əməliyyat-taktiki aviasiyasının ekipajları həm gündüz, həm də gecə müxtəlif hündürlüklərdə yüksək dağlıq ərazilərdə cüt-cüt və bölmələr şəklində uçuşlar həyata keçirib.

Təlim uçuşlarına Cənub Hərbi Dairəsinin 100-dən çox hərbçisi cəlb edilib, 10-dan çox hərbi və xüsusi texnika, o cümlədən MiQ-29 çoxməqsədli qırıcıları cəlb olunub”,- deyə məlumatda bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam