Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Növbəti satqın zabit həbs edilib -Ermənistanda

Ermənistan Milli Təhlükəsizlik Xidməti çərşənbə axşamı xarici xüsusi xidmətlər tərəfindən əməkdaşlığa cəlb edilmiş növbəti zabitin həbs edildiyini bildirib.

Yenixeber.org: Məlumata görə, bu, 2021-ci ilin iyulunda əməkdaşlığa cəlb edilmiş və əməkdaşlıq haqqında yazılı saziş imzalamış Ermənistan SQ-nin mayorudur.

O, pul müqabilində dövlət və xidmət sirrini təşkil edən məlumatları toplayır və xaricə ötürürdü.

2022-ci ilin fevralından noyabrına qədər o, müxtəlif mobil tətbiqlər vasitəsilə xarici xüsusi xidmətlərin nümayəndəsinə şərq və cənub istiqamətində xidmət yeri, Ermənistan SQ-nin bölmələrinin yeri haqqında məxfi sənədləri ötürüb. Bunun üçün o, 19.700 ABŞ dolları alıb. Adı açıqlanmayan zabit həbs edilib.

Məlumatda zabitin kimə casusluq etdiyi açıqlanmır. Amma onun ötürdüyü məlumatlar Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətlə bağlıdır. Zabitin Azərbaycana casusluq etdiyinə şübhə yoxdur.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanda və Qarabağda 50-yə yaxın insan Azərbaycana casusluq ittihamı ilə məsuliyyətə cəlb edilib. Onların böyük əksəriyyəti baş zabitlər də daxil olmaqla, hərbi qulluqçulardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam