Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

 “Rusiya qüvvələri Donbasdakı 4 yaşayış məntəqəsindən çıxardılıb”-AÇIQLAMA

Rusiya Donbasda kütləvi hücuma keçib

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Luqansk vilayətinin Karmazinovka, Myasojarovka və Nevskoye və Donetsk vilayətinin Novosadovo yaşayış məntəqələrindən sıxışdıraraq çıxarıb.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən müvəqqəti işğal etdiyi əraziləri saxlamağa, taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, müəyyən istiqamətlərdə müdafiə qüvvələrinin hərəkətlərinin qarşısını almağa səylərini cəmləşdirir, eyni zamanda Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları aparır”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Spirnoye, Soledar, Baxmut, Andreyevka, Maryinka və Pervomayskoye yaşayış məntəqələri ərazilərində hücumları dəf edib.

“Ukraynanın raket qoşunları və artilleriya qüvvələri son sutkada dörd komanda məntəqəsini, canlı qüvvənin, silah və hərbi texnikanın cəmləşdiyi on ərazini, altı sursat anbarını, zenit-raket kompleksini, artilleriya atəşi mövqelərinin ərazisini və düşmənin digər üç mühüm hədəfini vurub”, - Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini işğaldan azad etdiyi bildirilmişdi.(“RBK-Ukraina”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam