Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib

2022/03/776ce-1648357331.jpg

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini geri alıb. Lakin Rusiya həbrçilərinin kütləvi zərbələrinə məruz qalmamaq üçün azad edilmiş ərazilər barədə sonra məlumat veriləcək.

Yenixeber.org: Bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.

Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır.

"Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və onların artıq tamamilə Ukraynanın yurisdiksiyasındakı torpaqlar kimi elan olunması üçün təxmini vaxt var. Buna görə də bir az da gözləyək, rəsmi hesabat hazırlayırıq”, - Qumenyuk bildirib.

O vurğulayıb ki, hərbçilər azad edilmiş yaşayış məntəqələrinin düşmənin kütləvi artilleriya və hava zərbələrinə məruz qalmamasını çox ciddi şəkildə izləyirlər.

Qumenyukun sözlərinə görə, Rusiya hərbçiləri arxada minalanmış ərazilər və obyektlər qoyurlar.

"Bu, həmin ərazilərə qayıtmağa tələsən sakinlər üçün əsas təhlükələrdən biridir. Ona görə də biz həm təxribatçı qruplardan, həm də bu kimi "sürprizlərdən" hərtərəfli təmizləmə aparmaq üçün müəyyən yaşayış məntəqələrinin azad ediləcəyini elan etməyə tələsmirik”, - o fikirlərini yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam