Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rus planı deşifrə edildi -“Qanlı ssenarini təkrarlamağa hazırlaşırlar”

 “Rusiya qüvvələri avqustun 24-də - Ukraynanın Müstəqillik Günündə Mariupolda həyata keçirdiyi qanlı Alyonovka ssenarisini təkrarlamağı planlaşdırır”.

Yenixeber.org: Bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirov deyib.

Onun sözlərinə görə, ruslar Ukraynanın “Azov” alayının hərbçilərinin qondarma mühakiməsinin planlaşdırıldığı məhkəmə binasını atəşə tutmaq və ya partlatmaq istəyirlər.

“Söhbət ondan gedir ki, Rusiya xüsusi xidmət orqanları “Toçka-U” taktiki raketlərindən istifadə etməklə məhkəmə binasının atəşə tutulması, ya da partladılması ssenarisini həyata keçirəcək. Bu plan məhz avqustun 24 üçün hazırlanıb. Söhbət Alyonovka ssenarisinin təkrarlanmasından gedir”, - Sneqirov qeyd edib.

Ekspert bildirib ki, kəşfiyyat məlumatına görə, qanlı ssenari Mariupolda hazırlanır.

Sneqirov iddia edib ki, Rusiya “Azov” alayının hərbçilərinə qarşı “məhkəmə prosesi”nin aparılmasının qarşısını almaq məqsədilə Ukrayna Silahlı Qüvvələrini atəşə tutmaq adı altında, bu ssenarini həyata keçirəcək.

Əsir götürülmüş “Azov” döyüşçülərinin qondarma məhkəməsi avqustun 24-də təyin olunub. Rusiya mətbuatı alay hərbçilərinin Ukrayna əleyhinə ifadə verəcəklərini iddia edir.(Teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam