Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçəcək-cəbhədə kəskin hadisələr baş verəcək

         Yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsinin bütün cəbhələrində kəskin hadisələr baş verəcək.

Yenixeber.org: Bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin  nümayəndəsi Andrey Yusov milli telemarafonun efirində bildirib.O qeyd edib ki, Ukraynanın Silahlı Qüvvələri işğalçıların zəbt etdiyi bütün əraziləri nəzarətə götürəcək.
Yusovun sözlərinə görə, genişmiqyaslı hücum Rusiyanı prezident Putinin qarşıya qoyduğu qlobal məqsədlərə nail olmaqdan getdikcə daha da uzaqlaşdıracaq."Bütün təmas xətti boyunca biz aktiv döyüş hərəkətlərini görürük. Rusiya Ukrayna ərazisindən öz qoşunlarını danışmağa hazır olmadığı halda çıxaracaq, düşmən tərəfindən ələ keçirilən bütün ərazilər azad ediləcək. Yaxın gələcəkdə bütün cəbhədə kəskin hadisələr olacaq”, - Yusov bildirib.Ukrayna Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, hərbi kəşfiyyat avqust və sentyabrın bütün cəbhədə hərbi əməliyyatların gələcək inkişafı üçün son dərəcə vacib dövrlər olacağını çoxdan bəyan etmişdi. Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, hazırda Rusiya rəhbərliyi Ukraynaya qarşı müharibə üçün 115 batalyon-taktiki qrup toplayıb. Bu, 135 min nəfərə qədər hərbçi deməkdir, lakin onların hamısı peşəkar əsgər deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam