İrəvanda piket iştirakçılarından biri ölüb.
Yenixeber.org: Erməni mediası xəbər verir ki, bu barədə İrəvan Dövlət Tibb Universitetinin aparat rəhbəri Şuşan Danielyan sosial şəbəkələrdə məlumat verib. Hələlik şəxsiyyəti məlum olmayan erməni Fransa meydanındakı çadırlardan birindən təcili yardım maşını ilə universitet xəstəxanasına aparılıb. Onun ürəyi dayanıb.
“Fransa meydanında keçirilən piketdə iştirak edənlərdən biri dünyasını dəyişib”, – məlumatda bildirilib.
Görülən reanimasiya tədbirləri və həkimlərin səyi heç bir nəticə verməyib.