Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Zəncirvari qəza: BMV avtobusa çırpıldı...- FOTO

 

Sumqayıtda 5 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenixeber.org xəbər verir ki, hadisə barədə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev qəza ilə bağlı araşdırma aparıldığını bildirib.

“Yanvarın 4-ü səhər saat 06:54-də Sumqayıt şəhəri, Sülh küçəsi SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında BMV markalı 77 CX 915 dövlət nömrə nişanlı avtomobillə "Sumqayıt Nəqliyyat" MMC-yə məxsus 10 saylı marşrut xətti üzrə işləyən "İsuzu" markalı 50 AE 809 dövlət nömrə nişanlı sərnişin avtobusu, 10 TJ 127 dövlət nömrə nişanlı "Leksus", 99 DS 119 dövlət nömrə nişanlı "Kia Rio", 10 ED 420 dövlət nömrə nişanlı VAZ-2107, 77 EE 359 dövlət nömrə nişanlı "Kia Ceed" markalı avtomobillər toqquşub.

Nəticədə BMV markalı avtomobildə olan sərnişin və "Kia Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır", - E.Hacıyev qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam