Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Məktəbli qıza zorakılıq edən vəzifəli şəxs bələdiyyə seçkilərində namizəd oldu- FOTO

 

İcra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Yenixeber.org-un məlumatına görə, 2023-cü ildə Lənkəran şəhər icra başçısının müavini vəzifəsindən azad edilən Rasilə Əliyeva Arif qızı Lənkəran rayonu üzrə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyini irəli sürülüb.

Xatırladaq ki, Rasilə Əliyeva  şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı cinayət işi açılmışdı. İttihama görə, o, 2022-ci il iyulun 14-də attestat verilməsini bəhanə edərək xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirmişdi. Yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərmiş, həmçinin bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdi.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilmişdi.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunmuşdu.(xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam