Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

300 saylı məktəbdə də BAZAR AÇIBLAR... -NAZİRİN NƏZƏRİNƏ!

Redaksiyamıza daxil olan bir çox müraciətlərdə məktəblərdə Yeni İl üçün yığılan rüşvətlərdən söz açılır. 
Yenixeber.org: Baki şəhəri başda olmaqla, bütün regionlarda “bazar açan” məktəb direktorları “Yeni İl kompaniyasına” start verib.
Belə məktəblərdən biri də Bakı şəhər Binəqədi rayonunda yerləşən V. Əvəzov adına 300 nömrəli tam orta məktəbdir. Hansı ki, iddialara görə məktəbin direktoru İradə xanım Xəlilova şəxsən göstəriş verib ki, siniflərdən hər uşağa 15 manatdan yeni il üçün pul vəsaiti yığılsın. Redaksiyanın əldə etdiyi səs yazısında qeyd olunur ki, ibtidai sinif rəhbəri Zərifə Salahova qanunsuz fəaliyyət göstərən “valideyn komitəsi” adlı qara kassası vasitəsi ilə valideyn qrupuna məlumat göndərib ki, mütləq qaydada və vacib olaraq hər kəs 15 manat pul ödəsin.
Bu o deməkdir ki, nəinki sinifdə təhsil almaq üçün gələn kiçik yaşlı şagirdlərin ailə vəziyyəti nəzərə alınmır, hətta məcbur ödənilməsi tapşırılır. Hörmətli 300 nömrəli məktəb direktoru İradə xanım Xəlilova, sizin məktəb hansı qanunun tələbi ilə şagirdlərdən pul yığılmasına göstəriş verir? Rəhbərlik etdiyiniz məktəbdə hələ ibtidai sinifdə əlifba öyrənən şagirdlər indidən rüşvətin yolunu öyrənməli olurlar. Hətta məktəbi hazırlıq kursuna çevirən ibtidai siniflərdə 70 manata hazırlıqlar keçirilməsi baş tutur. Sinif valideynlərindən məcburi Yeni il adı altında 15 manat pul vəsaitinin yığılması, ibtidai siniflərdə olan şagirdlərin sayını nəzərə alsaq, nəinki şam ağacı hətta meşə də almaq olar. O şənliyin keçirilməsi könüllü olsa daha yaxşı görüntü almaq olardı, nəinki valideyn qruplarında sanki digər valideynləri komitə sədri danlayaraq məcbur edilməsi yolverilməzdi.(seher.media)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam