Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

RUSİYA UKRAYNADAKI DİPLOMATLARINI TƏXLİYƏ EDİR -Müharibə hazırlıqları sürətlənib

Rusiyanın Ukraynaya yaxın günlərdə başlayacağı gözlənilən irimiqyaslı hərbi intervensiyası ərəfəsində Moskva bu ölkədəki diplomatlarını evakuasiya edir.

Yenixeber.org: Ukraynadakı iki ABŞ konsulluğunun əməkdaşlarına təxliyəyə hazırlaşmaq tapşırılıb. Bu haqda “New York Times” Ukrayna təhlükəsizlik xidmətinin yüksək vəzifəli əməkdaşına istinadən bildirir.

Məmurun sözlərinə görə, yanvarın 5-də ölkəni 18 nəfər tərk edib, onlar əsasən rusiyalı diplomatların ailə üzvləridir. Yaxın günlərdə isə Rusiyanın Kiyev və Lvovdakı konsulluqlarının əməkdaşları təxliyə ediləcək. Bildirilir ki, ABŞ Rusiya diplomatlarının Ukraynadan təxliyə ediləcəklərini əvvəlcədən bilirdi.

 

“Bizdə məlumat var ki, Rusiya hökuməti Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etmək planını dekabrın sonlarında və yanvarın əvvəllərində hazırlayıb”, - amerikalı məmur bildirib.

Rusiyanın öz diplomatlarını Ukraynadan təxliyə etməsi Kremlin bu ölkəyə hücuma hazırlaşdığını təsdiq edən daha bir əlamətdir.

Digər xəbərə görə Kanada öz xüsusi təyinatlılarını Ukraynaya göndərib və məqsəd həm Kanada diplomatlarının təxliyəsinə dəstək vermək, həm gözlənilən Rusiya təcavüzü qarşısında Ukraynaya dəstək ifadə etməkdir. Bu haqda “Global News” telekanalı bildirir.

Ukrayna mənbələri isə xəbər verir ki, ötən sutka ərzində bu ölkəyə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin iki C-17 nəqliyyat təyyarəsi enib. Təyyarələrin yüklərinin nədən ibarət olduğu məlum deyil. Amma Rusiya mənbələri iddia edir ki, Böyük Britaniya gizli şəkildə Ukraynaya “Brimstone” raketlərini çatdıra bilərdi. Bu raketlərin alınmasına dair ilkin anlaşma daha əvvəl əldə edilmişdi. “Brimstone” Rusiyanın zenit-raket komplekslərini və radarlarını sıradan çıxarmaq üçün effektiv silahdır.

Rusiya qoşunlarının Ukrayna sərhədlərinə cəmləşdirilməsi isə ara vermədən davam edir. Hər gün sosial şəbəkələrdə sərhədə doğru hərəkət edən dəmir yol eşalonlarının yeni görüntüləri yayılır. Sosial şəbəkələrdə yayılan videolarda Rusiya əsgərləri günlərdir plaskart vaqonlarda yol getdiklərini, hələ bir neçə gün də getməli olduqlarını deyirlər. Onlar Rusiyanın Uzaq Şərqdəki hərbi hissələrinin şəxsi heyətidir. Sərhədə yaxın cəmləşmə rayonlarına çatanlar isə çadır düşərgələrdə yerləşdirilirlər, bu cəmləşmə rayonlarında səhra hospitalları da qurulub.

Qərb analitikləri Ukraynaya gözlənilən hücumun istiqamətlərindən birinin də Belarus olduğunu qeyd edirlər. Hansı ki, son günlər Rusiya ordusunun Belarus ərazisinə də cəmləşdirilməsi müşahidə olunmaqdadır. Belarus vətəndaşları Rusiya hərbi texnikasının nəhəng kalonlarla ölkə ərazisinə daxil olduğunun şahidi olurlar. 

Hərbi texnikanın Ukraynaya yaxın Qomel vilayəti ətrafında, habelə Minsk yaxınlığında cəmləşdirildiyi bildirilir. “Motolko-help” adlı telegram-kanalda Belarusa cəmləşdirilən Rusiya hərbi texnikasının görüntüləri yayılıb. Tanınma nömrələrinə əsasən bunlar Krasnodar və Orenburq vilayətlərində yerləşən hərbi hissələrin texnikasıdır. Onların arasında “Uraqan” reaktiv yaylım atəşi sistemləri də yer alır.

“Bununla belə, rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin hələ də Ukraynaya hücumla bağlı yekun qərar vermədiyini düşünür”, - “New York Times” qeyd edir.

Bundan əlavə, ukraynalı mənbə vurğulayıb ki, Kiyev Rusiya qoşunlarının təlimlər üçün Belarusa yeridilməsindən ehtiyat edir. Ukrayna bunun ölkəni şimaldan, şərqdən və cənubdan hücuma açıq qoyacağını hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam