Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Şoyqu yoxa çıxıb:Rusiya mediası naziri axtarır

Yenixeber.org: Rusiyanın Müdafiə naziri Sergey Şoyqu publik məkanda martın 11-dən bəri görsənmir. Yəni, Ukrayna ilə 28 gündür davam edən müharibənin son 12 günündə jurnalistlər ondan xəbər tuta bilmirlər. Birinci olaraq buna “Mediazona” nəşrinin əməkdaşları diqqət yetiriblər. 

Bunun ardınca “Aqentstvo” teleqram-kanalı araşdırıb ki, müdafiə naziri sonuncu dəfə xəbər proqramlarında həqiqətən də martın 11-də göstərilib. Orada Şoyqunun türkiyəli həmkarı Hülusi Akarla telefonla danışdığı və eyni gündə hərbi xəstəxanaya baş çəkdiyi bildirilib.

Həmin tarixdən rəsmi məlumatlarda Şoyqunun adı yalnız bir dəfə Kremlin saytında çəkilib. Xəbər verilib ki, hərbi nazir prezident Putinin “Ukraynada xüsusi əməliyyatın gedişini” müzakirə etmək üçün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə olub. Ancaq müşavirədən video və fotomateriallar qoyulmayıb.

Eyni axşam “Birinci kanal” Şoyqunun fərqlənən döyüşçüləri mükafatlardırması barədə bir xəbər də yayıb. Materialda hadisənin “bu gün” baş Verdiyi söylənilsə də, videosujet Müdafiə nazirliyində 7 gün əvvəl baş vermiş mükafatlandırma mərasimindən göstərilən kadrlarla tam üst-üstə düşüb. 

Həmişə mediada fəal olan və öz publik simasına böyük diqqət yetirən Rusiyanın müdafiə naziri hara yoxa çıxıb?

Şoyqunun yaxın ətrafında onun xəstələndiyi – ürəyində problemlər olduğu haqda danışırlar. Bunu “Aqentstvo”ya nazirin tanışlarından biri söyləyib. Jurnalistlər Müdafiə nazirliyindən deyilənlərlə bağlı operativ şərh ala bilməyiblər — idarənin saytında mətbuat xidmətinə aid telefonlardan heç biri zənglərə cavab verməyib. “Aqentstvo” məsələyə aydınlıq gətirmək üçün prezidentin mətbuat katibi Dmitri Peskova sorğu göndərib. Ancaq o da sorğuya reaksiya verməyib.

Rusiyanın ordu rəhbərlərindən “İtən” tək Şoyqu deyil. Martın 11-dən bəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun iştirakı ilə keçirilən tədbirlər barədə də mediada heç nə yoxdur. KİV-lər onun haqqında sonuncu məlumatı martın 11-də veriblər, Gerasimovun türkiyəli həmkarı Yaşar Gülərlə telefonla danışdığını yazıblar.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam