Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Karantin müddəti bitdikdən sonra SMS almadan evi tərk etmək olarmı?-AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusa yoluxan şəxslərin 7 günlük təcrid müddəti başa çatandan sonra SMS almadan yaşayış yerini tərk etmələrinin qanuni olub-olmadığına aydınlıq gətirib.

Yenixeber.org: Agentlikdən bildirilib ki, vətəndaşlara PCR test nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, bu zaman həmin şəxslər öz mobil telefonlarına “E-Təbib” mobil tətbiqini yükləməli, mobil tətbiqdə “Şəxsi kabinet” menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlaya bilərlər.

Qeyd olunub ki, yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında “Siz COVID-19 virusuna yoluxmusunuz!” ifadəsi qeyd olunubsa bu həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir: “Əgər sözügedən ifadə şəklin altında qeyd olunmayıbsa və şəkil bənövşəyi və ya yaşıl rənglə haşiyəyə alınıbsa bu həmin şəxsin karantin müddətinin başa çatdığını göstərir. Bundan əlavə, vətəndaşlara SMS gəlmədiyi hallarda PCR testinin nəticəsi ilə bağlı məlumatı yaşadıqları ərazi üzrə poliklinikaya müraciət edib şəxsiyyət vəsiqələrindəki FİN kodu təqdim edərək cavab ala bilərlər”.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə COVID-19 virusunun yeni mutasiyasına yoluxan şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam