Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rus diplomatın Bakı brifinqi:jurnalistlər nələri soruşa bilərdilər, amma soruşmadılar?

          Və indi biz ictimaiyyətimiz adından çıxış edərək, cənab səfirə suallarımızı ünvanlayırıq

Yenixeber.org: Yerli mətbuatın yazdığına görə, yanvarın 26-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. Brifinqə Azərbaycanın bir çox mətbuat orqanlarının əməkdaşları dəvət olunub. Təəssüf ki, əməkdaşımız onların arasında deyildi. Ya biz Rusiya səfirinin mətbuat konfransına niyəsə yaraşmamışıq, ya da tədbir iştirakçılarının siyahısını hazırlayan məmurlar bizi unudublar...

Brifinqdən sonra səfir jurnalistlərin Azərbaycanla Rusiya arasında quru sərhədlərinin açılmasının gecikdirilməsinin səbəbləri (epidemioloji vəziyyət); ikitərəfli münasibətlərin bu günü və gələcəyi barədə suallarını cavablandırıb.

“Müxtəlif forumların keçirilməsi planlaşdırılır, hökumətlərarası komissiyalar vasitəsilə iş davam etdiriləcək. Bunun üçün də səbəb var - diplomatik münasibətlərin 30 illiyi. Planlarımızda siyasi, iqtisadi və humanitar əlaqələrimiz də var”, - deyə Boçarnikov bildirib.

Azərbaycan ilə Rusiya arasında cari il üçün nəzərdə tutulan işgüzar missiyaların mübadiləsi haqqında danışarkən deyib ki, Rusiyanın regionları hazırda biznes missiyalarının həyata keçirilməsi üçün öz planlarını tərtib edir: “Deyə bilərik ki, mən nümayəndələrinin Azərbaycana gəlməkdə və bu cür missiyaları həyata keçirməkdə maraqlı olan regionların çox ciddi siyahısını görmüşəm. Artıq fevral ayında Udmurtiyadan nümayəndə heyətini gözləyirik. Təbii ki, Rusiya Federasiyasının Həştərxan vilayəti və Dağıstan bu bölgəyə maraq göstərməkdə davam edir. Bu il bu mübadilə çox məhsuldar olacaq: Azərbaycan ilə Rusiya arasında ticarət-iqtisadi əməkdaşlığın nəticələri və Rusiyadan Azərbaycana yatırılan investisiyaların həcmi (4,2 milyard dollar); Rusiya və Azərbaycan liderlərinin sammit görüşləri (hesabat dövründə dörd görüş), habelə Baş nazir Əli Əsədovun və Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfərləri, Rusiyanın yüksək vəzifəli rəsmilərinin Azərbaycana cavab səfərləri”.

Mətbuatın yazdığına əsasən, rusiyalı diplomatın diqqət çəkdiyi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin inkişafı ilə bağlı yeganə məsələ Cənubi Qafqazda kommunikasiyaların bloklanması problemi olub və o söyləyib ki, Moskva bu yanaşmanı və Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda kommunikasiyaların deblokadası üzrə üçtərəfli işçi qrupun məsələsinə baxışını bölüşür: “Üçtərəfli işçi qrupunun məqsədi Cənubi Qafqazda birgə infrastruktur təşəbbüslərinin parametrlərini tez bir zamanda başa çatdırmaq və nəqliyyat və logistika layihələrinin icrasına başlamaqdır”.

Yayılan məlumatların təhlili göstərir ki, rusiyalı diplomat Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllində Rusiya diplomatiyasının həlledici rolunu və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə yaranmış vəziyyəti nəzərə alaraq, cəmiyyətimizi maraqlandıran ən aktual problemlərlə bağlı ümumi ifadələrlə çıxış edib.

Məlum olduğu kimi, Azərbaycan cəmiyyəti, xüsusilə Qarabağın Rusiyanın nəzarətində olan ərazilərində gedən proseslərdən narahatdır. Həm Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları Üçtərəfli Birgə Bəyanatın bəndlərinin icrası, həm də Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağda öz səlahiyyətlərini aşması ilə bağlı saytımızda daim məqalələr yayımlanır, suallar qaldırılır. Və bu gün bizi maraqlandıran sualları birbaşa Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəsi, Rusiya Federasiyasının səlahiyyətli səfiri Mixail Boçarnikova ünvanlamaq üçün imkan var idi. Lakin təəssüflər olsun ki, biz onları birbaşa Rusiyanı ölkəmizdə təmsil edən diplomatdan soruşmaq imkanından məhrum olduq.

Buna görə də saytımızın səhifəsindən cənab Boçarnikova müraciət etməkdən başqa çarəmiz yoxdur. Beləliklə, hörmətli səfir! Üçtərəfli Sazişin müddəalarının həyata keçirilməsi ilə bağlı sizə suallar ünvanlayırıq:

- Nə üçün qeyd olunan sazişin birinci bəndinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs elan edilməsinə və bütün hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, tərəflər arasında hələ də atışmalar baş verir və hər iki tərəf, təkcə Qarabağ bölgəsində deyil, həm də Ermənistan-Azərbaycan sərhəddində canlı qüvvə itkisinə məruz qalır?

- Niyə Üçtərəfli Sazişin üçüncü bəndinə uyğun olaraq, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiya sülhməramlı kontingentinin və xüsusi texnikasının sayı müqavilədə göstəriləndən (atıcı silahlarla 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 maşın və xüsusi texnika) dəfələrlə çoxdur)?

- Sülhməramlı kontingentin yeridilməsi ilə paralel olaraq Qarabağı tərk edəcəkləri bildirilsə də, sazişin dördüncü bəndinin - erməni hərbi birləşmələrinin çıxarılmasını nəzərdə tutan müddəası niyə hələ də yerinə yetirilmir?

- Müqavilənin yeddinci bəndinə uyğun olaraq, məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisinə qaytarılması prosesinə niyə hələ də başlanılmayıb? Halbuki Ermənistan vətəndaşları sülhməramlı missiyanın yerləşdirilməsi və onun fəal köməyi ilə münaqişənin bitməsinin ilk günlərindən oraya qayıdırlar.

- Nə üçün doqquzuncu bəndə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması prosesinə hələ də start verilməyib? Azərbaycan sazişin qüvvəyə mindiyi ilk günlərdən Laçın dəhlizini açsa da, Ermənistan niyə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin açılmasına hələ də maneçilik edir?

Rusiya Prezidentinin imzaladığı Üçtərəfli Sazişin müddəalarına əməl olunmasına nəzarət etmək Rusiya sülhməramlı missiyasının vəzifəsi deyilmi? Yoxsa Prezidentin sözü Rusiya hərbçiləri üçün əsas deyil?

Hörmətli səfir hesab edirmi ki, Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsi nəzərə alınmaqla sazişin bəndlərinin həyata keçirilməsinə Ermənistan tərəfi mane olur və bu, təbii ki, Azərbaycan-Rusiya münasibətlərində neqativ iz buraxır?

Bunlar birbaşa Üçtərəfli Sazişin özü ilə bağlı suallardır. Lakin sülhməramlı missiyanın yerləşdirilməsindən keçən 14 ay ərzində bizdə artıq Rusiya kontingentinin özünün nəzarət edilən ərazidə fəaliyyəti ilə bağlı başqa suallar toplanıb. Onların bəzilərini isə hətta Prezident İlham Əliyevin özü də dəfələrlə qaldırıb və o, yanvarın 12-də yerli telekanallara müsahibəsində qeyd edib ki, “qıcıq yaradan məqamlar çoxdur” (sülhməramlıların fəaliyyətində – red.). “Onların müsbət funksiyasını” qəbul edən Prezident sülhməramlı missiyanın gözünün qarşısında regiona qanunsuz səfərlərdən narazılığını bildirib və buna misal kimi Fransa prezidentliyinə namizəd Valeri Pekresin Dağlıq Qarabağa qeyri-qanuni səfərini göstərib.

Öz növbəmizdə, növbəti dəfə ictimaiyyətin ruporu kimi çıxış edərək, Rusiya sülhməramlı kontingentinin fəaliyyətində niyə öz səlahiyyətləri çərçivəsindən kənara çıxdığını soruşmaq istəyirik, yəni:

- Hərbi bazalar tipli hərbi şəhərciklərin tikintisi nə deməkdir?

- Niyə Rusiya Federasiyasının bir çox dövlət strukturlarının filialları Xankəndində yaradılır, sanki bu ərazilər Ruisyanındır?

- Nə üçün Rusiya tərəfi əhalini kommunal xidmətlərlə təmin etməyi, humanitar məsələləri həll etməyi öhdəsinə götürdü? Halbuki bu vəzifələr Azərbaycan hökumətinin səlahiyyətindədir.

- Nə üçün sülhməramlı missiya nəzarət etdiyi ərazinin ermənilər və ruslar tərəfindən fəal şəkildə məskunlaşdırılması ilə məşğuldur?

- Niyə Rusiya tərəfindən tanınan Azərbaycan ərazilərində rus dili erməni dilindən sonra ikinci dövlət dili elan edilir, niyə bütün rəsmi binalarda rus üçrəngli bayrağı dalğalanır, niyə Xankəndidə Azərbaycan Silahlı Qüvvələrinin iştirakı olmadan qələbə paradı keçirilir?

- Niyə Azərbaycan ərazisində, məhz Xocalıda rus sərkərdələri və mütəfəkkirlərinin abidələri, ermənilərin “azadlıq döyüşçüsü” abidəsi ucaldılmış park yaranır?

- Və nəhayət, orada dualar üçün kiçik bir hücrə tikmək mümkün olsa da, “ilk pravoslav kilsəsinin” açılması nə deməkdir?

P.S. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova tribuna verməyə hazırıq.(AYNA)

Mira Həsənova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam