Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Moldova səfirinin diplomatik fəaliyyəti - başa çatıb

Moldova səfirinin diplomatik fəaliyyəti başa çatıb
Nazir Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfiri George Leukanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Yenixeber.org: Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olunub.

Nazir GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğuladı və təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib və iqtisadi və enerji sahələrində əməkdaşlığını daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Bu xüsusda, Səfir Azərbaycan və Moldovada keçirilən sərgilər, konsertlər, hər iki ölkənin milli bayramları ilə həyata keçirilən tədbirlər, həmçinin azərbaycanlı və moldovalı müəlliflərin kitablarının hər iki dilə tərcümə olunmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov səfir G.Leukanı ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam