Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Diabet xəstələri üçün dərman istehsalına başlanılıb-Pirallahıda

Azərbaycanda diabet xəstələri üçün dərman istehsalına başlanılıb

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.
Yenixeber.org: İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
Sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.
"“R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. Belə ki, Beynəlxalq GMP standartları əczaçılıq məhsulları istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək səviyyədə ixtisaslaşması kimi ciddi tələblər qoyur. “R-Pharm” MMC ölkədə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir", - məlumatda qeyd edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam