Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“SƏNƏDDƏ ŞOYQUNUN DA İMZASI VAR...” –Erməni ordusu Zəngəzurda yazılı əmr əsasında geri çəkilib

Ermənistan ordusunun qalıqlarının 2020-ci ilin dekabrında Zəngəzurda Qubadlı rayonu istiqamətindəki mövqelərdən geri çəkilməsinin və Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsinin bəzi detalları məlum olub.

Yenixeber.org: Bu məsələ Ermənistanda müxalifətdən olan deputatların güc strukturlarına və hökumətə ünvanladıqları çoxsaylı sorğulara cavab olaraq Baş qərargah rəisi Artak Davtyanın imzası ilə göndərilən məktubda öz əksini tapıb. Həmin məktub barədə Koçaryan-Sarqsyan sütlüyünün “Hayastan” blokundan olan deputatı Anna Qriqoryan danışıb: “General Artak Davtyan tərəfindən imzalanmış məktubdan görünür ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib. Nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib”.

 

Deputat deyib ki, bir il ərzində həqiqət erməni cəmiyyətindən gizlədilib və erməni hərbi birləşmələrinin geri çəkilməsinə dair sənəddə Ermənistan müdafiə naziri ilə yanaşı Rusiya müdafiə nazirinin də imzası olub: “Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutunyan və Rusiyanın müdafiə naziri Serqey Şoyqu sənəd imzalayıb ki, həmin sənəd əsasında da erməni silahlı qüvvələri geri çəkiliblər. Bu, Sünik (Zəngəzur-red.) vilayəti ilə yanaşı, bütün Ermənistan üçün təhlükə yaradır.”

Həmin blokdan olan digər deputat Qeqam Manukyan isə deyib ki, yalnız 2021-ci ilin oktyabrında Nikol Paşinyan qoşunların geri çəkilməsinə dair göstəriş verdiklərini etiraf edib. Deputat əlavə edib ki, münaqişə tərəfləri arasında 10 noyabr sazişindən sonra başqa sənədlər də imzalanıb. Lakin həmin sənədlər məxfi sayıldığından Baş Qərargah onları açıqlaya bilmir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam