Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Molla Bayazid kəndində anadan olan Ermənistanın yeni Baş Qərargah rəisi kimdir? –DOSYE

Artak Davtyan bugündən etibarən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayır.
Yenixeber.org: Artak Davtyanın Baş Qərargah rəisi təyin olunması ilə bağlı təklifi baş nazir Nikol Paşinyan mart ayının 10-da ölkə prezidentinə təqdim edib. Ermənistan prezidenti baş nazirin təklifini qəbul etməsə də, konstitusiyanın tələblərinə görə Artak Davtyan 22 mart 2021-ci il tarixindən vəzifəsini icrasına başlayır.
Məlumat üçün bildirək ki, Artak Davtyan 1970-ci ildə anadan olub. General-leytenant rütbəsi daşıyan Artak Davtyan Nikol Paşinyan baş nazir seçildikdən qısa müddət sonra - 2018-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub 2020-ci ilin iyununda vəzifəsindən azad edildi. 
Artak Davtyan 1988-1992-ci illərdə - Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşüb. Rusiyada hərbi akademiyada təhsil alıb. 2007-ci ildən Baş Qərargah rəisinin müavini olub.  2017-ci ildə 5-ci ordu korpusunun komandiri təyin edilib. 24 may 2018-ci il tarixində  Baş nazir Nikol Paşinyan tərəfindən Baş qərargah rəisi vəzifəsinə təyin olunub.  Ötən ilin iyun ayında karantin rejimi  məhdudiyyətlərini pozaraq oğlu üçün toy məclisi təşkil etdiyi üçün  Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Davtyan 17 iyul 2020-ci il tarixində Ermənistanın Hərbi Sənaye Komitəsinin sədri təyin edilib. 16 noyabr 2020-ci ildə Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra bu vəzifədən azad edilib.
Onu da qeyd edək ki, Artak Davtyanın anadan olduğu və bu gün Bambakaşat adlanan kəndi vaxtı ilə azərbaycanlıların yaşadığı kənd olub. Molla Bayazid  adlanan kənd İrəvan quberniyasının Sərdarabad rayonunda yerləşib. 1842-cı ildən etibarən Bitlis və Sürməli vilayətlərindən köçürülən ermənilər Molla Bayazid  kəndinə yerləşdirilib. Bundan sonra burada yaşayan  azərbaycanlılar sıxışdırılıb və köçməyə məcbur olublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam