Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan QORXU İÇİNDƏ: İrana əsas çıxışı Azərbaycanın nəzarətinə keçdi -XƏRİTƏ

Ermənistan QORXU İÇİNDƏ: İrana əsas çıxışı Azərbaycanın nəzarətinə keçdi - XƏRİTƏ

Sərhədin demarkasiyası nəticəsində Ermənistanın Gorus-Qafan yolunun 21 kilometr hissəsi Azərbaycan ordusunun nəzarətinə keçib.

Yenixeber.org: Bu barədə Ermənistanda hakim “Mənim addımım” fraksiyasının deputatı Ayk Qevorkyan deyib.


Son günlər Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri də Sünik (Zəngəzur) bölgəsində strateji əhəmiyyəti ərazilərin Azərbaycanın nəzarətinə keçməsidir. Ermənistan işğal dövründə dövlət sərhədini Qubadlı və Zəngilan istiqamətdə irəli çəkərək, Gorus-Qafan-Mehri bölgəsini sərhəd bölgə statusundan çıxarmışdı. 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoyan Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədini də bərpa etdi. Hazırda işğal dövründə pozulan dövlət sərhəd xəttinin bərpası işləri davam edir.

Ermənistanı narahat edən məsələ İrana çıxış üçün strateji əhəmiyyətli yolun da Azərbaycanın nəzarətinə keçməsidir.

İranşünas Vardan Voskanyan deyir ki, Azərbaycan Ermənistan-İran arasında bütün quru yollara nəzarət etmək imkanı əldə edib.

“Gorusdan Qafana iki yol uzanır. Bunlardan biri M2 dövlətlərarası magistral yoludur: İrəvan-Yeraks-Gorus-Mehri-İran sərhədi. Azərbaycan magistral yolun Voratan (Şahverdilər), Şurnuxu kəndləri və Qafan yaxınlığından keçən hissəsinə nəzarət əldə edir. Digər dövlət əhəmiyətli yol H46 yolu (Tatev-Aqani-Qafan) cənubda yenidən M2 magistralına bağlanır və Qafan bölgəsində təhlükə altına düşür”, - Voskanyan bildirib.

Onun sözlərinə görə, yeganə təhlükəsiz yol Qafan-Tatev yoludur: “Laki bu yol qışda keçilməz olur. Başqa sözlə, yollarla bağlı yaranan problem təkcə Ermənistanın daxili kommunikasiya yollarının yox, həm də cənuba çıxışın təhlükə altına düşməsi deməkdir”.

Voskanyan bununla bağlı xəritə də tərkib edib.

Azadlıq radiosunun erməni xidməti isə yazır ki, Gorus-Qafan yolunun 21 kilometrlik sektorundan başqa, Qafan-Aqarak (Əkərək) yolu, Qafandan Çakaten, Şikahoğ (Şıxovuz), Tsav kəndlərinə gedən yolun 4 kilometri də Azərbaycanın nəzarətinə keçib.

Ermənistan Azərbaycanın nəzarətinə keçən yollara alternativ yollar tikməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam