Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ədalət olmayanda:iki hökm, iki absurd…

Hüquqşünas: "Bunlar nəticə etibarı ilə ölkədə məhkəmələrin müstəqilliyinə və məhkəmə-hüquq islahatlarına inamı heçə endirir"

Yenixeber.org: Ötən il Mədəniyyət Nazirliyində baş vermiş korrupsiya ifşalarının aqibəti də “Rabitə işi”, “MTN işi”ndən fərqlənməyə bilər. Belə ki, avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilmiş Rafiq Babayevin cəzası iki ay keçməmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə yarıbayarı azaldılaraq, 4 il 6 aya endirilib. 

R. Babayev keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olub, 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Əməliyyatın, habelə keçmiş müavinin rüşvət alması ilə bağlı gizli çəkilişin görüntüləri yayımlanmışdı.

R. Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Prokurorluğun ittiham aktında sabiq nazir müavininin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət aldğı qeyd olunub. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedirdi.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb. İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Məhkəmə prosesində R.Bayramov son sözünü deyərkən rüşvət almadığını bildirib: “Müəyyən səhvlərə yol verib, məsuliyyətsizlik etmişəm. Bunlara görə də cənab prezidentdən, məhkəmədən üzr istəyirəm. Mən ömrüm boyu əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam. O insana cəza verilir ki, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam?”.

R. Bayramovla bərabər həbs edilən Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovla bağlı isə fərqli qərar verilib. İistintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. R.Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Zakir Sultanov məhkəmə prosesində ifadə verərək, keçmiş nazir Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb edib. Z.Sultanov bildirib ki, nazirlikdə həyata keçirilən bir çox işlərdən Ə.Qarayevin xəbəri olub. Amma keçmiş nazir məhkəməyə dəvət olunmayıb.

Oktyabrın 8-də cəmiyyətdə narazılıq doğurdan başqa bir məhkəmə hökmü də verilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin qərarı ilə AXCP sədrinin mühafizəçisi olmuş Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı sentyabrın 22-də keçirilən prosesdə ona 15 il cəza istəmişdi.

N. Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

N. Əhmədovun vəkilləri, mənsub olduğu partiyanın yetkililəri bildirirlər ki, AXCP üzvü suçsuzdur, o, 2019-cu ilin 19 oktyabr tarixində Bakıda keçirilən aksiyada partiya sədri Əli Kərimlini mühafizə etdiyinə görə cəzalandırılıb. Ona qarşı irəli sürülən ittihamların heç biri sübuta yetirilməyib.

Qedy edək ki, N. Əhmədov həbsdə koronavirusa yoluxub və hökm qüvvəyə mindiyi gündən məhkəmə qərarına etiraz olaraq aclıq aksiyasına başlayıb. Sosial şəbəkələrdə partiya üzvləri və insan haqları fəalları ona dəstək aksiyaları keçirirlər. 

Beləliklə, ortada iki məhkəmə hökmü var, birində korrupsiya, rüşvət üstündə həbs edilən, cinayət əməlləri videogörüntülərlə cəmiyyətə göstərilən sabiq dövlət məmuru, digəri ittiham olunduğu “terrorçuluq” maddəsi ilə konkret cinayət əməli sübut edilməyən müxalifət fəalı barəsində verilib. Heç iki ay keçməmiş məmur Rafiq Bayramovun cəzası yarıbayarı azaldılır, N. Əhmədovla bağlı hökumətə ünvanlanan çağırışlar isə cavabsız qalıb.   

Qeyd edək ki, son 10 ildə rüşvət, korrupsiya ittihamları ilə həbs edilmiş məmurların əksəriyyəti azadlıqdadır. 2015-ci ildə baş vermiş “Rabitə işi”, MTN işi” kimi məşhur olan olaylara görə tutlan məmurların heç biri artıq həbsxanada deyil. Xarici İşlər Nazirliyinin milyonlarla dövlət vəsatini ələ keçirmiş keçmiş idarə rəisləri də məhkəmədən əvvəl təcridxananı tərk etməyə müvəffəq olublar.  

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov iki paradoksal məhkəmə hökmünü saytımıza şərh edib. “Bakı Apellyasiya Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun cəza müddətinin 8 ildən 4 il 6 aya endirilməsi barədə qərar qəbul edərkən konkret nələrə əsaslandığı barədə məlumatım olmasa da, ümumilikdə belə hesab edirəm ki, bu qərar ədalətli hesab edilə biməz”,-deyə hüquqşünas vurğulayıb.

H. Həsənov fikrini belə əsaslandırır ki, Rafiq Bayramovun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.3.-cü maddənin sanksiyasında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur: “Bakı Ağır Cinayətlər Məhkəməsi Rafiq Bayramova onsuz da bu maddədə nəzərdə tutulan cəzanın aşağı həddini, yəni 8 il azadlıqdan məhrum etmə cəzasını təyin etmişdi. Halbuki, rəsmi qurumların və medianın həmin dövrdə yaydıqları məlumatlarda Mədəniyyət Nazirliyində daha irihəcmli korrupsiya hallarına yol verildiyi bildirilrdi. Ona görə də Rafiq Bayramova birinci instnasiya məhkəməsində cəzanın aşağı həddinin təyin edilməsi, sonradan apellyasiya instansiyası məhkəməsində bu cəzanın demək olar ki, yarıbayarı azaldılması cəza təyinində daha çox hüququn deyil, hüquqdankənar məsələlərin rol oynadığı qənaətini yaradır”.

Hüquqşünas əlavə edir ki, bu qərarı bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin Niyaməddin Əhmədov barəsində Cinayət Məcəlləsinin 214-1.-ci maddəsinin sanksiyasının yuxarı həddində, 13 müddətinə azadlıqdan məhrumetmə ilə bağlı çıxardığı hökmü ilə müqayisə etdikdə, cəzaların həm də şəxslərə və onların siyasi baxışlarına uyğun olaraq təyin edildiyi qənaətinə gəlmək olur. “Bütün bunlar isə, nəticə etibarı ilə ölkədə məhkəmələrin müstəqilliyinə və məhkəmə-hüquq islahatlarına inamı heçə endirir”,-deyə Hafiz Həsənov vurğulayıb.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam