Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sudan Rusiya HDD bazası yaradılması barədə sazişi dayandırb -Rusiya isə təkzib edir

Sudan hakimiyyəti Qırmızı dənizdə Rusiya hərbi bazasının yaradılması barədə sazişin fəaliyyətini dayandırıb.

Yenixeber.org: Bu barədə öz mənbəyinə istinadla aprelin 28-də «Əl-Ərəbiyyə» telekanalı xəbər verib.

«Sudan əvvəlki rejimin dövründə imzalanmış sazişi dondurur. «Flaminqo» dəniz bazasında Rusiyanın istənilən yeni hərbi genişlənmə fəaliyyəti dayandırılıb» - xəbərdə deyilir («RİA Novosti»).

Telekanalın mənbəsinə görə, sazişin fəaliyyətini parlamentin, Sudan Suveren Şurasının və ya ölkə hökumətinin təsdiqindən əvvəl dayandırıblar. Sudan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əl Mənsur Bulyad Rusiya dövlət agentliyinə bəyan etdiyi kimi, xarici işlər idarəsində hələ ki, bu dondurulmanın rəsmi təsdiqi yoxdur. Mənbə bildirib ki, Sudan KİV-də də bu barədə hələlik informasiya yoxdur.

Bununla bərabər, bir sıra teleqram-kanalların məlumatna görə, Sudan hakimiyyəti ölkənin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə hərbi-texniki əməkdaşlığı barədə razılığa gəlib.

Xəbər verildiyi kimi, ötən ilin dekabrında Rusiya və Sudan bu ölkədə Rusiya hərbi-dəniz donanmasının (HDD) material-texniki məntəqəsinin yaradılması barədə saziş imzalayıblar.

Qara dəniz donanması mətbuat xidmətinə əsasən, Sudan ərazisində belə məntəqənin yaradılması «bölgədə sülh və sabitliyin dəstəklənməsi məqsədlərinə cavab verir, müdafiə xarakteri daşıyır və digər dövlətlərə qarşı yönəlməyib».

Bu arada Rusiya tərəfin yaydığı məlumata görə, Qırmızı dənizdə Rusiya HDD bazasının yaradılması barədə sazişin dayandırılması haqqında xəbər həqiqətə uyğun deyil. Bu barədə Rusiyanın Hortumdakı səfirliyinin teleqram-səhifəsində xəbər verilir.

Diplomatk missiyada onu da bildiriblər ki, Sudan hakimiyyəti tərəfdən hər hansı bildiriş almayıblar. Diplomatlar qeyd ediblər ki, həmin saziş yalnız hər iki tərəfin təsdiqindən sonra qüvvəyə minir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam