Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Yanğından mühafizə ehtiyacları üçün götürülən sudan - istifadə qadağan olunur

Azərbaycanda yanğından mühafizə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan olunur.

Yenixeber.org:   Bununla bağlı Su Məcəlləsinə əlavə və dəyişiklik edilir.

Məcəllənin 80-ci (Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə) maddəsinə edilən əlavədə qeyd olunub ki, yanğından müdafiə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan olunur.

Dəyişikliyə əsasən, yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir. Hazırda qüvvədə olan hissə isə belədir: "Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir".

Digər dəyişikliklə su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın emal edilməmiş su ilə təmin edilməsi,

2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən içməli su təchizatı,

3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Bildirilib ki, bu layihə təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sudan istifadəyə görə güzəşt və azadolmaların tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar üçün nəzərdə tutulur və emal olunmamış sudan istifadə edən orqanların su mənbələrindən haqq ödəmədən və ya güzəştlə su əldə etməsinə və nəticədə göstərilən xidmətin rentabelliyinin artırılmasına, sudan enerji mənbəyi kimi istifadənin (alternativ enerjinin) stimullaşdırılmasına, eləcə də istilik elektrik stansiyalarının daha səmərəli şərtlərlə su əldə etməsinə yönəlib.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam