Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rəssam siyasi əqidəsinə görə işdən çıxarılıb?

         Pəri Miniatür ondan ərizə yazmaq tələb olunduğunu söyləyir, Atatürk Liseyi isə təkzib edir

Yenixeber.org: Rəssam Pəri Miniatür siyasi baxışlarına görə işlədiyi Bakı Atatürk Liseyindən uzaqlaşdırıldığını deyir. Bu barədə saytımıza danışan rəssamın sözlərinə görə, hələ ötən ilin yayında ona xəbərdarlıq edilmiş, siyasətdən kənar dayanmaq, hökumətə qarşı tənqidlərdən çəkinmək tələb edilmişdi. Onun sözlərinə görə, bu tələblərə boyun əymədiyi üçün getdikcə daha kəskin formada təzyiqlərlə üzləşib.

P.Miniatür bildirdi ki, təzyiqlər ötən il Respublika Günü ərəfəsində Rəsulzadənin rəsmini çəkməsi, bu haqda hazırlanan klipin yayımından sonra başladı:

“Rəsulzadənin rəsmini Fəvvarələr meydanında çəkməyə imkan vermədilər, gedib Balaxanıda tamamladım. Həmin gün iki dəfə polislər tərəfindən təzyiqlə üzləşdim, bir dəfə xəbərdarlıq etdilər. Hətta Balaxanıya da gəldilər. Amma Balaxanıya gələn polis deyildi, gözətçi idi, nə işlə məşğul olduğumu araşdırırdı. Həmin gün yaşananlar haqda müsahibə verdim, Rəsulzadənin rəsminin necə ərsəyə gəldiyini göstərən klip də hazırlandı, paylaşıldı. Gözlənilmədiyi halda, ajiotaj yarandı. Mayın 28-də klip paylaşıldı, məni iyunun 3-də məktəbə çağırdılar. Müdir yardımçısı Samir Turan bildirdi ki, hansısa məclisdə bizim başqana mənə görə xəbərdarlıq edilib. Deyilib ki, bu qadın işləyə bilməz, çıxarılsın. Mən həmin vaxt aqressiv davranmadım. Dedim ki, işdən çıxmaq barədə ərizə yaza bilərəm. Çünki istəmirəm, dörd ildir işlədiyim yerə mənə görə problem yaransın. Dedi ki, “ehtiyac yoxdur, amma sənə xəbərdarlıq edirik, siyasətə qoşulmayasan, prezidentə, hökumətə qarşı heç nə yazmayasan…”

P.Miniatürün dediyinə görə, sentyabrda yeni dərs ili başlananda özünə qarşı münasibətin də dəyişdiyini hiss edib. Müdir digər müəllimlərin qarşısında ona bildirib ki, iki ay möhlət verir:

“Dedi ki, əgər işləyə bilməsən, çıxarılacaqsan. Ritorika da xoşagəlməz idi. Keçən ay da online toplantıda bildirdi ki, əgər şagird başqa fənlərdən yaxşı qiymət alıbsa, sən ona aşağı qiymət yazmamalısan. Bir növ dedi ki, sənin fənnin əhəmiyyətsizdir. Yəni qiymətləndirməmə müdaxilə edirdi, faktiki, müəllim kimi hüquqlarımı pozurdu. Ən əsası, maaşımı 40 faiz azaltmışdılar. Kimsə məni işdən zorla çıxarmadı. Görünür, mənəvi-psixoloji təzyiqlə uzaqlaşdırmaq yolunu tutmuşdular. Bilirdim ki, vəziyyət daha da pisləşəcək. Müdirin mimika və davranışlarından, mənə qarşı münasibətindən hiss edirdim”.

 

Rəssam qeyd etdi ki, ötən həftə ona kadrlar şöbəsindən zəng gəlib. Liseyə gedib, ərizəyə imza atmaq tələb olunub: “Dedilər ki, gəlib ərizəyə qol çəkin, əks halda, qovulacaqsınız. Dedim ki, məni qova bilməzsiniz, uzaqbaşı, işdən azad edə bilərsiniz”.

P.Miniatür fevralın 4-dən artıq dərslərə qatılmır. Sonuncu dəfə fevralın 3-də dərs keçib.

“Dərslərimin yarısını alıb, başqa müəllimə verdilər. O müəllimi də bu il gətiriblər. Aybaay maaşımı azaltdılar. Mən təkbaşına tələbə övlad saxlayıram. O maaş o qədər aşağıdır ki, qətiyyən qane edə bilməz. Mən artıq o ortamda işləmək istəmirəm. Ona görə, qayıtmağı düşünmürəm. Türkiyə dost, qardaş dövlətdir. Amma o adamlar burada həm də pul qazanırlar. Mənim çıxarılmağım haqda göstərişi özümüzünkülər verib, onlar da icra ediblər. Özümünkülər belə münasibət göstərəndə başqasından nə gözləyim?”, – deyə rəssam əlavə etdi.

Bakı Atatürk Liseyindən isə “Press Klub”a bildirildi ki, işçilərin Rəsulzadəyə münasibətinə görə təzyiqə məruz qalması həqiqətə uyğun deyil: “Pəri xanım da işdən çıxarılmayıb. Bu gün də adı işçilər siyahısındadır”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam