Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilməlidir”

Sabir Rüstəmxanlı: “Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilməlidir”

 

 

Bugün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar onun Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi ziyarət olunub. 
Xeberinfo.com:  Ənənəvi olaraq, anım tədbirində siyasi partiya və təşkilatların nümayəndələri, ziyalılar, sadə vətəndaşlar iştirak ediblər.
VHP sədri Sabir Rüstəmxanlı isə bu ziyarətin pərakəndə şəkildə edilməsindən şikayətlənib. 
O, bu barədə musavat.com-a açıqlamasında bildirib: “Çox arzulayardım ki, Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilsin. Bir vaxtlar mən də hər il onun abidəsini ziyarət edirdim və onda bütün rəsmi partiyalar bir yerdə gedirdi. Sonra isə param-parça şəkildə, hərə öz dəstəsi ilə gəlməyə başladı və mən həmin ziyarəti dayandırdım. Amma Ankaraya hər gedişimdə Rəsulzadənin orada yerləşən məzarı üstünə gedirəm. İmkan düşdükcə, Novxanıdakı abidəsini də ziyarət edirəm. Arzu edirəm ki, Rəsulzadəni ziyarət, onun ideyalarının, yolunun davamçılarının birgə ziyarətinə çevrilsin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam