Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ələkdə qalanı özünə satır

 

Gəlsənə dönərək, azca biz- bizə,
Yaxın ol dərdləşək, bəlkə diz- dizə,
Bir azca sən danış, duraq üz- üzə,
Boşalsın ürəklər, gözlər dolmasın!
Xəfifcə bəhs edək qəlbi yormasın..
 *****
Uşaqlıq çağından bir az danışaq,
Göz açaq həyata bircə alışaq,
Keçmişlə bu günlə, hərdən barışaq,
Biz deyə bilmərik, tarix olmasın
Yandırıb yaxıbdı belə sanmasın!...
  *****
Hər kəsin dərdi var özü boydadır,
Kiminki yox isə gəlir yoldadır,
Eləsi yaşayır yaman zordadır,
Həyata bağlanıb, bircə solmasın
Qovrulan ürəyi necə yanmasın?...
*****
Danışaq oğuldan, qızdan danışaq,
Dözmüşük, dözürük içdən alışaq,
Əyməyək qaməti kaşki çalışaq 
 İstərəm analar saçın yolmasın
Naxələf övladı necə danmasın?...
*****
Həyatın zəhəri vurar hər kəsi,
Yaşamaq gözəldir, az isə bəsi,
Almışıq həyatdan yamanca dərsi,
Analar, sizləri möhtac qoymasın
Sizsiz bir günümüz heç vaxt olmasın!
*****
Dərdlərə şərikəm qəlbi od olan,
Əməli zəhərli dili cod olan,
Qızlar var anaya gördük yad olan,
Neynirəm, insanı gözü doymayan
Yaşayıb həyatda izi qalmayan...
*****
Ay bacım qardaşım, dünya belədir,
Yaxşılıq həmişə ağzı selədir,
Gəl heçnə gözləmə əsən yelədir,
Atırsan xəlbirə ələyib atır
 Ələkdə, qalanı özünə satır!...
  Təranə Şəms. 1. 04.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam