Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

OLUMLA ÖLÜM ARASINDAKI SƏDD

Nuru kişi həyət qapısını açıb, rezin borunu çölə qapının ağzına çəkdi.Oradakı çiçəkləri,  gülləri və yeganə şam ağacını (bir neçə il bundan qabaq şam ağacını bir ədəd yox,düz 6 ədəd əkmişdi,amma nə qədər yaxş qulluq etməyinə baxmayaraq,beşi qurumuş,biri qalmışdı.Və oda qurumuş şam ağacının yerinə gül-çiçək əkmişdi) suvardı.

Yenixeber.org: Sonra rezin borunun baş tərəfindən tutub darvazanın qapısından içəri saldı,ucunu xan çinarın ətrafındakı boynu bükük bənövşəliyə qoydu.Doğrudur,xan çinarın dibindəki bənövşələr özlərini kol dibindəki kimi hiss etmirdilər,bir balaca boyunlarını dik tutmuşdular.Görünür çinar ucalığından qürurlanıb boyunlarını qaldırmışdılar.Bir neçə il bundan qabaq mart ayının əvvələrində Nuru kişi doğma kəndlərinə getmişdi.Adət eləmişdi ildə ən azı iki dəfə ata ocağına baş çəkirdi.Ata anası çoxdan haqq dünyasına köçmüşdülər.Ata ocağında kiçik qardaşı olurdu.Üç bacısı da ata ocağına yaxın olurdular.Nuru kəndə gedəndə hər üçü də istəyirdi ki,qardaşı birinci onlarda qalsın.Amma Nuru adətini heç vaxt pozmazdı,birinci gecəni atası evində qalar,sonra növbəylə bacılarıgildə qalardı.Onun bu qalmaq bölgüsündən bacıların heç biri inciməzdi.Kəndə getdiyinin üçüncü günü uşaqlıq dostu Həmzəni də götürüb uşaqlıqda qarış-qarış gəzdiyi,əlini cızdığı,qanatdığı kolların dibindən yığıb qom bağladığı və sevincək anasına ,bacılarına verdiyi bənövşəli,nərgizli meşəyə  getmişdi.Ordan bir xeyli köklü nərgiz,bənövşə çıxarıb, gətirib bağda əkmişdi.Onları əkəndə sanki yaxın dostu,yoldaşıyla danışırmıç kim, siz artıq burada Xəzərin sahilinə yaxın bir yerdə məskunlaşırsınız,darıxıb eləmən,kolun da xiffətini çəkmən,bir də niyə çəkəsiniz ki? Bir şey ki sizi incidir,onun xiffətini çəkməyə dəyməz,-dedi və əlvə etdi,-Sizi ucalığımız olan çinarın ətrafında basırıram.Narahat da olub eləmən,çinar istədiyiniz günəş şuasının da qabağını kəsməyəcək,doğmalaşacaqsınız.İndən sonra başınızı dik tutun,-dedi və onların yarpaqlarını sığalladı.Xoş təmasdan bənövşənin yarpaqları dikəldi.Bu sığallamaqla Nuru kişi sanki nərgizlə bənövşəyə deyirdi ki,narahat olman,hər zaman sizin qayğınıza qalacam.Mən sizi uşaqlıqdan sevirəm,özü də lap çox.Aradan 50 ildən çox vaxt keçməyinə baxmayaraq hələ də qoxunuz burnumdadır.

Bakının havası rayondan fərqliydi.Burda ağaclar tez puçurlayır,gül çiçəklər də tez tumurcuqlayırdı.Bəzən elə olurdu ki,bənövşələr qar altından baş qaldırıb qışın zəif günəşini salamlayırdılar. Nuru kişi əliylə qarı qırağa eləyib açan bənövşələri yığıb nəvələrinə və yaxın dostlarına aparırdı.Nəvələri kimi,dostları da baharın ilk müşdəsini qoxlayıb ona “sağ ol” deyirdilər.  

  Artıq bənövşələr yetərincə su içmişdilər.Kıranı bağlamaq lazım idi.Artıq su israf etmək olmazdı.Qəzetlərdən oxumuşdu ki,yaxın zamanlarda bəşəriyyət su qıtlığıyla üzləşəcək.Ona görə də suya qənaət etmək lazımdır.Bu fikirlə də aşağı əyilib kıranı bağladı,qalxmaq istəyəndə sol böyrü üstə yerə yıxıldı.Əlini yerə dayaq eləyib ayağa qalxmaq istəd.Bacarmadı,çünki sol əli ona dayaq olacaq gücdə deyildi,əl işləmirdi,məcbur olub sol ayağını yerə dayaq eləyib qalxmağa çalışdı.Ayağı da işləmirdi.Ani olaraq fikirinə gələn bu oldu: “paralij”.Tez sağ əlini üzünə çəkdi,əlinin təmasından hiss elədi ki,üzündə bir elə dəyşiriklik yoxdur.”Şükür Tnrıya”,-dedi və əmin oldu ki,bu anidən onu yerə yıxan nədirsə,başqa şeydir,”paralij”deyil.

 Öz-özünə sual verdi- “paralij” deyilsə,bəs bu nədir? Bəlkə məni “infarkt” vurub.Bir anlıq atasının ölümü yadına düşdü.Atası çox da yaşlı deyildi,amma iki dəfə infarkt keçirmişdi,niyə və nədən keçirdiyini də bilmirdi.Hər il Bilgəhdə yerləşən kardioloji sanatoriyada müalicə alırdı.Hər altıncı gün şəhərə gəlib onlarda qalır, bazar günü onun təzə aldığı kitablardan oxumaq üçün götürüb sanatoriyaya qayıdırdı.Mütaliəni çox sevirdi,oxumadığı kitab qalmamışdı.Hər il ölkədə nəşir olan ədəbi-bədii jurnallara abunə olurdu.Onda olan kitab sevgisi də rəhmətlik atasından keçmişdi.Atası hər gün olduğu kimi bu gün də səhər tezdən durmuşdu,həyətdəki kranda əl-üzünü yuyanda qəfildən yıxılmışdı. Onda özünü tamam itirmişdi,tez yoldaşını evdən çağırmış,köməkləşib atasını evə aparmışdılar.Divanda yerini rahatlayandan sonra təcili yardım çağırmışdı.Təcili yardımın atüstü müayinəsindən sonra məlum olmuşdu ki,atası infarkt keçirib

Gərək yıxılanda bir müddət yerdən qaldırmayaydınız,-deyə həkim üzünü onlara tutub narazılığını bildirmişdi.Artıq həkimin iradının bir xeyri yox idi,hər şey arxada qalmışdı.Kişini üçüncü dəfə infarkt vurmuşdu.

O,bütün bunları bu anda niyə yadına saldı?Özünün infarkt olmaq qorxusu? Bəlkə də.Ona görə də bir müdət yıxıldığı yerdən qalxmadı,üzü bağ tərəfə yıxıldığından,illərcə qayğısını çəkib yetişdiyi ərik,alça,şaftalı,armud ağaclarına həsrətlə baxdı və özü eşidəcək səslə:-Bu da mənim axırım,Bundan sonra bu ağacların qayğısına kim qalacaq? Ay Nuru,bağın sən gördüyün indiki vəziyyəti sənsiz heç bir ay da davam etməz.Naliyyətin,müvəfəqiyyətin sirri bağın böyüklüyündə deyil,mənim bu işi ürəkdən sevməyimdə,ona vurğunluğumdadır.Anlıyırsanmı,başa düşürsənmi,ay Nuru? Bir mənalı olaraq deyə bilərəm ki,bağı, ordakı ağacları,gül-çiçəyi özümdən də çox istəyirəm.Bütün işləri özüm görürəm,sübdən axşama kimi bağdan çıxmıram.işləyirəm.Hətta peyvəndi də özüm eləyirəm,ağacları özüm budayıram,diblərini özüm belləyirəm. Hərdən nəvələrim gəlib kömək eləyəndə demək olar ki,bağı da,bağdakı ağacları,gül-çiçəkləri də əməlli-başlı onlara qısqanıram,əsəbləşib onları acılayıb evə göndərirəm.Sonra da uşaqların qəlbinə dəydiyimə görə əzab çəkirəm,üzülürəm,özümü danlayıram. Doğurdan da hər şeyin sirri məhəbbətdədir,sevgidədir.Hərdən harasa gedəndə orada bir saatdan artıq qərar tuta bilmirəm.Deyirəm ki,görəsən bağa bir şey olmadı ki? Mən öləndən sonra kim bağa mənim kimi qayğı göstərəcək? Kim?Oğlum? Bəlkə nəvələrim? Heç biri!Günah məndədir.Ona görə ki,heç birini “bağban” eləyə bilmədim,-dedi və əlavə etdi:-heç kim,hamsı quruyacaq,məhv olacaq.Heyif!

Yadına bu yaxınlarda bağ qonşusu Ariflə zarafatla elədiyi söhbət düşdü.Güləgülə Arifə dedi,”Arif,sən rahatca ölə bilərsən.Çünki sənin bağban şagirdin var.Oğlun bağa baxacaq ”.

 Bunları deməklə Nuru kişi sanki özü-özünə hesabat verirdi.Amma heç hesabatın yeri deyildi.O,olumla ölümün astanasında qalmışdı.Hansı tərəfə gedəcəyini o yox,Tanrı bilirdi.Ona görə də üzünü göyə tutub:-İlahi,imkandır böyüklüyünü,hər şeyə qadir olduğunu göstər.Məni heç nə olmamış kimi ayağa qaldır,-dedi.Bu yerdə hesabat artıq idi,baş ağrısı gətirirdi.

Onda  bağa-baxcaya olan sevgidə,qayğı da rəhmətlik atasından keçmişdi.Atasıda bağ-bağat canlıydı.Hər zaman ağaclara qulluq edib,onların qayğısını çəkirdi.Atalarımızın dediyi, “Bağa baxarsan bağ olar,baxmassan dağ olar”kəlamını yadından çıxarmazdı.Ona görə də hər il artıqlamasıyla əməyinin bəhrəsini görərdi.Yayda yay meyvələrini,payızda payız meyvələrini bazarda satıb ailə büdcəsinə xeyli pul əlavə edərdi.İldə ən azı qapısındakı üzüm talvarından ton yarım,iki ton üzüm dərib rayonda olan şərab zavoduna təhvil verərdi.Təhvir verdiyi üzümün şəkərliliyini yüksək faizlə yazdırardı.təbii ki,bunu pulsuz eləmirdilər.Buna görə də atası zavoddan xeyli pul alardı.Həyət-bacanın mer-meyvəsi olmasaydı Nuru kişi bir çətən külfəti aldığı maaşla dolandıra bilməzdi.Maşallah olsun,üç oğul,dörd qız atasıydı.

Birdən ona elə gəldi ki,yerdə çox qalıb,artıq cəhd eləyib ayağa qalxmaq vaxtıdır,səs eləyib qonşuları köməyə çağırmalıdır.Amma necə? Axı su borusunu içəri çəkib salanda darvazanın arxasını vurmuşdu.Açmaq üçün də necə olur-olsun darvaya yaxınlaşıb cəfdəni geri çəkməl lazımdı.Bu vaxt kiçik bacısının zəngləşəndə tez-tez təkidlə dediyi sözlər yadına düşdü: “Qardaş,başına dönüm,qurbanın olum,bağda tək qalma”.Bacısının hər dəfə “tək qalma” sözünə gülə-gülə:”Niyə,ay bacı? Yaxşı bilirsən ki,mən bu yaşa kimi kimsənin toyuğuna kiş deməmişəm,kimsənin də evinə gələn suyunu bulandırmamışam”.Sonra əlavə etmişdi: “Rüşvətxor,korrupsener məmur da deyiləm,iş adamı da deyiləm ki,puluma görə gəlib məni öldürüb pulumu aparsınlar.Kasıb pensiyenər babayam,aldığım pensiya heç komunal xərclərimi ödəmir.Kimin mənlə işi olar ki?” “Qrdaş,onları demirəm.Qulaqlara qurğuşun,Allah eləməmiş,birdən özünü pis hiss eliyərsən,nəbilim təziyiqin qalxar,yıxılarsan,harayına kimsə çata bilməz.”

Onda bacısına gülə-gülə demişdi: -“Ay bacı,Allah eləməmiş deyirsən.Məyər bilmirsən ki,hər şeyi,olumu da,ölümü də Allah eləyir.Bizə sevinci də,kədəri də,gülüb ağlamağı da,cavan qoca yaşda ölməyi də,qəza keçirməyi də o eləyir.Onsuz budaqda bir yarpaq belə tərpənə bilməz.Birdə, Allah bizə verdiyi ömürü elə-belə verməyib, borc verib.Vaxtlı vaxtsız da verdiyi ömürü geri alır.Eynən borc aldığın adam borcunu alan kimi”.

 Bu an bacısının dediyi yüzə-yüz həqiqət olmişdu.Hələ ki,harayına,köməyinə kimsə çatmamışdı.Bir də çatmaq istəyənə də böyük maniə vardı.Bu maniəni də özü öz başısoyuqluğundan,laqeyidliyindən,az qanmağından yaratmışdı.Darvazanın qapısını arxadan bağlamışdı,səsi də zəifləmişdi.Səsinin zəifləməyini də bir-iki ağız qonşunu köməyə çağranda bilmişdi.O,yaşamağını kiminsə onun harayına,çağrışına gəlməkdə görürdü.Bunun üçün də hansı yolla olur-olsun qapının cəfdəsini açmaq lazım idi.Nə etsin? Mühaibədən bəhs edən filimlər yadına düşdü.Əlini,ayağını güllə aparmış əsgər özündə güc toplayıb sürünür və düşmən gülləsindən yayınır.İstədi sürünə-sürünə qapıya tərəf getsin,amma sürünməyə gücü çatmadı,yenidən cəhd elədi.Bədəninin diri sağ tərəfi,ölmüş sol tərəfini üscə metir sürüyə bilmədi.İlahi,işə bax,bir bədənin orqanları da darda olan başqa orqanlarına kömək eləmir və ya eləmək istəmir.Tanrım,dünyanı niyə belə nizamlamısan?-deyə Tanrıya ehtirazını bildirdi.

Qapının arxasını açmaq üçün üçüncü dəfə çəhd elədi.Şükür,deyəsən alın- dı.Dodağına zəif təbəssüm qondu.Bədəninə az da olsa güc gəldi.Qapıya çatanda əlini yuxarı qaldırdı,əli çatmadı,bir az da qabağa süründü. Cəfdəni geri itələdi,qapı açıldı.Sevindi,dodaqaltı qımışdı.Yaşamaq ümidi xeyli artdı.Qonşuyla onların hasarı arasında olan dar çığırla yaşlı bir nəfər kişi qoyunları bağların arasında otarmağa aparırdı.Qoyunları otarmaq üçün başqa yer yox idi.Kişi qabaqda gedir,qoyunlar da bir-birini itələyə-itələyə onun arxasınca gedirdilər.

 O,çobanı görüb ümüdləndi.Tanrıya qurban olum,bəndəsini darda qoymur,- dedi və qoyunların qabağına düşüb dənizə tərəf gedən adamın arxasınca,- Ay adam,ay adam,-deyə bir neçə dəfə səslədi.Onun zəif səsini adam ya eşitmədi,ya da eşitməməzliyə vurdu.Çobanı qınamadı.Axı indi insanlar dünən olduqları kimi deyildilər..İndi qohum- əqraba,qonum- qonşu qardaş- bacı,bir sözlə hamı laqeyidlik,biganəlik sindironuna yoluxşuşdular.Küçədə yıxılmış adamı sərxoş bilb yanından keçirdilər,yıxılana əl tutub qaldıran yox idi.Dünya yaman dəyişmişdi,kimsə kimin kitabını nəyinki oxumurdu,heç vərəqləmirdi də.Çoban  ondan xeyli uzaqlaşmışdı.Daha ona səs çatmazdı.Birdə axı onun səsi özünə çatmırdı,yolnan gedən adama necə çatacaqdı? Çox zəif idi.Deyəsən sol tərəfini itirdiyi kimi,səsini də itirmişdi.Bundan sonra o,kimə və nəyə lazım idi.

Yenə kiçik bacısının hər zəng eləyəndə təkrar-təkrar dediyi,”qardaş,başına dönüm,orda tək qalma” sözləri düşdü.Biryna baxanda bacısı düz deyirdi.Hər şey ola bilərdi,qəfildən beləcə yıxılıb yerdə qalar və yaxud qəfildən ölmək də olar.Havayı deməyiblər ki, ölüm qaşla gözün arasındakı məsafədədi,hətta ondan da yaxın məsafədədir.Yəni ölüm an məsələsidir.Bu da tək qalmanın axırı.İndi bu halda hayıma kim çatacaq,kim yardım göstərəcək? Tərs kimi telefonu da cibində deyildi,mətbəxdə qoymuşdu.Telefon yanında olsaydı bu qədər təlaşlanıb qorxmazdı.Oğluna zəng eləyib,vəziyyəti başa salardı.O,da uzağı 30-35 dəqiqəyə özünü ona çatdırardı.Yolda tıxac filan olmayanda şəhərlə bağları arasındakı məsafə bu vaxt qədər idi.

Deyir, Allah bəndəsinin qapısını bir tərəfdən bağlayanda,o biri tərəfdən açır.Şükür ki,onun da bir tərəfdən bağlanan qapısını açdı.Tanrını sev,o səni heç vaxt darda qoymaz deyiblər.O,da tanrısını sevirdi.Qonşusu Həmzə kişinin nəvələri pəncərədən onların darvazasına tərəf baxırdılar.Darvazanın ağzında yerdə hərəkətsiz qalan Nuru kişini görüb ondann soruşdular:-Əmi,nə olub?

 Nuru kişi uşaqları çağırmaq istədi,amma səsi çıxmadı,ona görə də əlinin işarəsiyə “bura gəlin”dedi.Onun əl İşarəsindən uşaqların başa düşdüyünü bildi və bir balaca toxdayan kimi oldu.Çox keçmədi ki,başının üstündə iki nəfəri-orta yaşlı qadınla kişiyi gördü.Hər ikisi təlaşla salam verdi.O,başını tərpətməklə onların salamını aldı.Başını tərpətməyə gücü çatırdı. Kişi qayğıkeşliklə soruşdu:-Əmi, nə olub?

Qırıq -qırıq-Yıxılmışam,qalxa bilmirəm,-dedi və əlavə etdi,-xahiş edirəm,telefonum evdədir. Mətbəxdədir,onu gətirin oğluma zəng edim.Gəlib məni aparsın.Qadın tez gedib mətbəxdən telefonu gətirdi.Kişiyə verdi.Kişi:-Dayı,oğlunun adı nədi?

 -Orxan.

Kişi Orxana zəng etdi:- Orxan,mən sizin bağ qonşunuz Həmzə müəllimin evinin gözətçisiyəm.Atan həyətdə yıxılıb,şükür,qorxulu bir şey yoxdur.Həyacanlanıb eləmə,gəl.

 Qadın təkrar evə gedib bir neçə döşəkcə gətirib Nuru kişinin kürəyinin arxasına qoydu.Dəmir qapıya söykənmişdi,soyuq ola bilərdi. Qadının məhrəmliyi,qayğıkeşliyi,diqqəti onu kövrəltdi,iki damla yaş yanaqlarından süzüldü,qəhər onu boğdu,çətinliklə qadına “sağ ol”,-dedi.

 Yıxıldığı vaxtdan bir saat,bəlkə də saat yarım keçmişdi,ancaq onun nə sol qolu,nə də sağ ayağı işləyirdi.Gözlərinə şirin yuxu gəldi.Amma yatmaq olmazdı.Gözləri sözünə baxmırdı,yumulurdu.Bunu görən kişi tez-tez deyirdi:- Dayı,yatma,danış.Dayıda danışmağa dil varıydı ki.Danışanda sözlər şüşə kimi çilik-çilik olurdu,aramsız idi.Bu rabitəsiz danışığı hələm-hələm adam başa düşməzdi.

 Aradan bir müddət keçmişdi ki,Orxan gəlib çıxdı.Atalar yaxşı deyib,”oğul düşmən çəpəridir”,o,səni üstünə gələn bəlalardan,təhlükələrdən qoruyanındır,arxa dayağındır.Nuru kişi oğlu Orxanı görəndə kövrəldi.OrxanTəcili yardım çağırdı.Şükür,Orxan təcili yardımı çox gözləmədi.Tez gəldi.Həkim xəstənin təzyiqini yoxladı dedi ,təzyiqiniz yuxarıdı,ona görə də yıxılmısınız.Narahat olman,qorxulu bir şey yoxdur,iynə vuracam düzələcək.Həkim dediyi kimi də oldu,damardan iynə vurdu və Nuru kişi özünə gəldi.Təcili yardım işini bitirib getdi.Nuru kişinin böyründə oturmuş qonşu qadin anidən sevincək,-dayı əliniz işləyir,-dedi.Nuru kişi ayağını tərpətdi,şükür ayağım da işləyir,-dedi.Və Orxanın köməyi ilə ayağa qalxı.Orxan atasını maşına mindirib şəhərə-özəl klinikada işləyən tanış həkimin yanına apardı.

 Həkim Nuru kişini müayinədən keçirdi.Müayinənin nəticəsindən məlum oldu ki,beyinə qan yaxşı işləmədiyindən xoşa gəlməz hadisə baş verib.Həkim yüngül malicə yazdı.Nuru kişi də bir neçə ay həkimin yazdıqları dərmanları qəbul etdi,amma heç bir xeyri olmadı,vəziyyəti günü-gündən pisləşməyə başladı.Yeriyə bilmədi,nəfəsi çatışmadı,gözlərinə yuxu gəlmədi.Gecə-gündüz eyvanda oturub ağzını geniş açıb havanı içəri çəkirdi.Amma elə bil kimsə qəsidlə burnunu və ağzını bərk-bərk tuturdu ki,havasız qalıb partlayıb ölsün.

 Orxan atasının dərdinə əlac eləmək üçün dost tanışlarından yaxşı həkim soraqlaşdı.Yaxın bir dostu yaxın rayonların birində yaşayan pensiyaçı yaşlı bir həkimi nişan verdi.Orxan həmin an rayona yola düşdü,əvvəlcə rastına çıxan adamlardan deyilən həkimin necə olduğunu öyrəndi və bundan sonra həkimin qapısını döydü.Həkim onu gülər üzlə qarşıladı,nə üçün gəldiyini soruşdu.Orxan resepləri və analizlərin cavablarını həkimin qarşısına tökdü.Həkim reseplərə və analiz cavablarına diqqətlə və dönə-dönə baxdı,üzünü Orxana tutub:-Oğlum,atanın xəstəliyi başqadır.Allah dərd verəndə onun dərmanını da verir.Narahat olma,atanın dərmanı məndədir,-dedi.Həkim müxtəlif dərman otlarından hazırladığı bir neçə maye dərmanları Orxana verib,onun istifadə qaydalarını Orxana başa saldı.

 Nuru kişi Orxanın gətirdiyi dərmanları iki aya yaxın qəbul elədi.Vəziyyəti yaxşılaşdı və bundan sonra bir on il də sağlam ömür yaşadı.

    

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam