Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

UŞAQLARIN TƏRBİYYƏSİNƏ XİDMƏT EDƏN ŞEİRLƏR..

Tanrı əvvəl insanı,sonra da sözü yaratdı.Yaratdı ki,insan fikirlərini ifadə edə bilsin.Söz Tanrının insana verdiyi ən böyük mükafatdır.Bir sözlə insan bir ömür sözlə yaşadı.Və beləcə insan Tanrının ən sevimli bəndəsi oldu.Boşuna deməyiblər ki,söz adamı,Allah adamı.

Yenixeber.org: Söz adamının təmizliyi,təbiətə,insanlara,haqqa,ədalətə,düzlüyə,sevgiyə dəyər verməsi onu başqalarından fərqləndirir.

Bəzən öz-özümə deyirəm ki,əcəb zəmanədə yaşayırıq.Hamı yazır,hamı oxuyur,hamı özünü alim,ziyalı sayır. Mənim yazdığımı heç kim yaza bilməz,mən oxuyan kimi heç kim oxuya bilməz,mənim kimi alim,ziyalı ola bilməz,deyə öyünürlər.Əsil yazarlar özünə şairəm,yazıçıyam  deməyə utanırlar.İmkansızlıqdan 4-5 ildə bir kitabı çıxan,efirlərdə görünməyən,yazıları qəzet,jurnallarda yayımlanmayan yazarı dos-tanışdan,qohum-əqrabadan başqa kim tanıyacaq?Əminliklə deyə bilərəm ki,heç kim.Amma yazar olmayanların bir ildə 3-4 kitabı çapdan çıxır,özü də gözəl tərtibatla.Kağızı da əla.Onu əlinə kitab kimi yox,bəzək əşyası kimi alırsan. Bu iri həcmli kitabı sağdan sola,soldan sağa vərəqləyirsən ki,tutarlı bir cümlə,gözəl bir cümlə tapıb oxuyacaqsan.Çox təəssüf ki,300-400 sıhifəlik “kitab”da ruhunu oxşayacaq bir şey tapmırsan.Və başını yelləyib narazı-narazı deyirsən: Heyif buna çəkilən xərcə,zəhmətə.Bir sözlə belə qənaətə gəlirsən ki,bu gün şair,yazıçı olanın pulu,pulu olanın da nə şairliyi,nə də yazıçılığı var.

 İyirminci yüzilliyin əvvəllində Azərbaycanda maarifçilik görüşlərinin geniş vüsət aldığı dövürdə uşaq ədəbiyyatı da təşəkkül tapmağa başladı. Məktəblilər və məktəbyaşlılar üçün dərsliklərin hazırlanması o döbrün söz ustaları olan C. Məmmədquluzadəni, M. Ələkbər Sabiri, A.Səhhəti,A. Şaiqi, S.S.Axundovu və bir sıra başqalarını uşaqlar üçün nəsr və nəzm əsərləri yazmağa sövq etdi. Sonralar bu bir ənənə şəkilini aldı.

 Bir neçə ildən sonra isə demək olar ki,M. Müşfiq, S.Vurğun,Ə.Dilbazi, R.Rza,Ə.Kərim,B.Vahabzadə də kiçik yaşlı uşaqlar üçün şeirlər,poemalar,nağıllar yazırdılar. Bir qisim şairlər isə- M.Seyidzadə,T.Elçin,İ.Tapdıq,T.Mahmud,Z.Xəlil və başqaları ədəbiyyatda uşaq şairi kimi məşhurlaşdılar.

 Müstəqilliyimizin ilk illərində yeni-yeni uşaq qəzet və jurnalarının nəşri xeyli artdı,amma təssüf ki,bu uzun sürmədi. Maliyə çətinliyi onların nəşr olunmasını dayandırdı. Və beləliklə yazarları bu mövzudan uzaqlaşdırdı. Bu da Azərbaycan uşaq ədəbiyyatında dərin bir boşluq yaratdı.Sanki daha Azərərbaycan uşaqları üçün heç nə yazmaq lazım deyilmiş. Bu gün iş o yerə çatıb ki, ibtidai sinif dərsliklərdə heç bir istedadı olmayan,ədəbiyyatdan xəbərsiz  adamların “şeir”ləri,”hekayə”ləri yer alıb.Bu da uşaqların gələcək inkişafına mənfi təsir göstərir.

 Uzun illər tanıdığım,dostluq etdiyim, istedadına,bacarığına bələd olduğum,bir neçə şeir kitabının müəllifi olan Nüyvər Şərifovanın növbəti kitabının əlyazması qarşımdadır. O, istedadına,bacarığına güvənib şeirlərini yazır. Sonra isə o şeirləri (maliyyə çətinliyinə baxmayaraq)kitab şəkilində oxucuların mühakiməsinə verir.Nüyvər xanımın növbəti kitabı bütünlüklə uşaq şeirlərindən ibarətdir. Bu şeirlərdə vətənpərvərlik duyğuları, el-obaya olan böyük sevgi,doğma təbiətlə sıx bağlılıq poetik dillə təsvir olunur. Şair təbiətdə olan hər şeyi-otu,çiçəyi,gülü,dağı,daşı,ağacı bədii obraza çevrir,onlara xas olan xüsusiyyətləri aydın şəkildə kiçik oxuculara çatdırmağı müqəddəs və dəyişməz vəzifəsi bilir.

 Nüyvər Şərifova ədəbiyyatda hamının tanıdığı, gördüyü ağacları,gülləri,çiçəkləri,bitkiləri,böcəkləri yox, kiçikyaşlıların tanımadığı təbiət varlıqlarını özünə məxsus poetik dillə təsvir edir,onları oxuculara çatdırır.

 Müharibə-ölümdü,itimdi,mühaibə- qandı,qadadı,müharibə-kəndlərin,şəhərlərin xarabazara çevrilməsi,xəritədən silinməsidir,müharibə-ataların,oğulların vətən,torpaq uğurunda şəhid olması,ömürlük əlil qalmasıdır.Ona görə də şair deyir:

                                                                              Eşitməyək heç zaman,

                                                                              Mərmilərin səsini.

                                                                              Qarabağda oxuyaq,

                                                                              Azadlıq nəğməsini.

                                                                    (“Qarabağda oxuyaq”şeirindən).



 Tanrıya şükürlər olsun ki,30 il erməni işğalında olan müqəddəs torpaqlarımızı igid,şanlı Azərbaycan Ordusunun qəhramanlığı və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində yağı düşməndən təmizlədik.Bu gün xalqımız zəfər sevinci yaşayır.

 Nüyvər Şərifovanın uşaq şeirləri onların tərbiyyəsinə,vətənin,millətin layiqli övladları olmasına xidmət edir.şairin uşaqlar üçün yazdığı şeirlər,hekayələr mövzuca müxtəlif olduğu kimi.həm də təsvir və ifadə vasitələri baxımından da rəngarənkdir.Kitabda yer alan şeirlər və hekayələr balaca oxucuların vətənpərvərlik hissinin yüksəlməsinə, təbiət haqqında məlumatlarının artmasına xidmət edir. “Qağayılar”, “Qarabağda oxuyaq”, “Qaranquşlar”, “Quşların da dili var”, “Siz sülhün rəmzisiniz”, “Şəhid adı olanlar”, “Şəhid olsam”, “Xocalının qan gölü qurumaz” və başqa şeirləri uşaqlarda vətənə,sülhə,quşlara olan hissilərini qüvvətləndirir.

 Uşaq dünyasını bilmək ancaq saf,təmiz sevgisi umman kimi aşıb-daşan insanlara xasdır.Nüyvər xanım mənən safdır,təmizdir və elə bu keyfiyyətlərinə görə də uşaq dünyasına daxil olmağı bacarır,onların nə istədiyini bilir və anlayır. Bu gün Azərbaycanda çox şair var.Mən çəkinmədən deyərdim ki,on nəfərdən biri,bəlkə də daha çoxu özünü şair bilir.Onların arasında Azərbaycan ədəbiyyatında əbədi yaşamaq titulunu qazanan məşhur şairlər də var.Amma onların heç də hamsı uşaqlar üçün şeir yaza bilmir.Dəqiq yadımda deyil yazarlardan kimsə deyib ki,içindəki uşağı öldürməyən şairlər uşaq ədəbiyyatı yarada bilər.

 Nüyvər Şərifovanın içindəki uşaq ölməyib,diridir yaşayır. Yaşayır şirin təbəssümüilə,şaqraq gülüşüylə,şıltaq hərəkətiylə və s.ilə yaşayır.Məhz elə buna görə də şairin uşaq şeirləri təbiidir,oxunaqlıdır.  

 Şairin şeirlərində süjet var,quru,qondarma məsləhət yoxdur.Çünki bədii yaradıcılıqda süjetsiz məsləhət oxucuya quru görünür. O yerdə ki,təbilik var,orda canlı həyat var. Yaradıcılıqda ötərilik şair üçün çətin andır.Çox təəssüf ki,bu həyat həqiqəti ömrümüzün qürub çağında başa düşürük.

 Nüyvər Şərifova yaradıcılığında onu narahat edən duyğulara daha çox yer verir. O, qoynunda yaşadığı torpağın yaxşılığını,xeyirxahlığını,müqəddəsliyini,gözəlliyini,əvəzsizliyini,böyüklüyünü oxucuya incə poeziya diliylə çatdırmağı özünün müqəddəs borcu bilir.

 Hər daşını,hər qayasını müqəddəs sayan, torpağını,elini ,obasını ulu,əvəzsiz bilən,onu vəsf etməkdən yorulmayan,ruhən ona qaynayıb-qarışan,dost yanğısıyla onu qələmə alan bir söz adamıdır Nüyvər Şərifova.

 İç dünyası təmiz olanlar uşaq şairləri,yazıçıları ola bilərlər. Uşaq ədəbiyyatı ən saf, təmiz sahədir. Burda məddahlıq, yaltaqlıq yoxdur.Burda böyük sevgi,məhəbbət var,burda qayğı,diqqət var.

 Nüyvər Şərifovanın uşaqlara necə mehirbanlıqla,qayğıyla yanaşdığını,hətta tanımadığı uşağı hansı hissilərlə bağrına basıb oxşadığının dəfələrlə canlı şahidi olmuşam.O. uşaq psixologiyasını gözəl bildiyinə görə onda uşaq şeirləri mükəmməl alınır.Mən bu yolda dəyərli Nüyvər xanıma böyük uğurlar diləyirəm.İnanıram ki,onun bu kitabı hər bir uşağın sevimli kitabı olacaq.

 












Məhərrəm Şəmkirli

AYB.nin və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam