Redaktor seçimi
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
Günün xəbəri

İTİRDİKLƏRİMİZ

 

"Xeberinfo.com":   Hörmətli ali səlahiyyət sahibləri və oxucular! Aşağıda nəzərə çatdırılan həmin bu mövzu ikinci kitabımda dərc olunub. Mövzu mətbuatda dərc olunmamış və internetə verilməmişdir. Kitablarımı da dostlarıma və qohum-əqrabaya verirəm. Ancaq həmin mövzu öz aktuallığını saxladığı üçün qısa ixtisarla ölkənin idarə elməsinə, elmə cavabdeh səlahiiyət sahiblərinin və oxucuların diqqətinə  çatdırmağı vacib hrsab edirəm.

Respublikada elə bir sahə yoxdur ki, o cümlədən maliyyənin və elmin idarə edilməsində də səlahiyyət sahibləri günaha batmasın, məsul şəxslər həbs olunmasın. Həbs etməklə də törədilən cinayətlərin sayı azalmır, gündən günə artır. Bax bu səbəbə görə də 27.07.2015-ci il tarixdə “İnam itirilməməlidir” sərlövhəli yazını işləyib, nə etmək lazım olduğunu internet vasitəsilə hamının  diqqətinə catdırdım.

Keçmiş Azərbaycan Milli Aerosmik Agentliyininin idarə ediməsində (AMAKA) baş verən ciddi qüsurlar haqqında Ali şəxsə 23.XI.2004-cü il və 12.XII.2005-ci il tarixlərdə müraciət ünvanlayıb AMAKA-ya müstəqil idarəetmə hüququ veriməsi təklifimi irəli sürmüşdüm... Nəticəsi o oldu ki, ərazisi alverçi yuvalarıına çevrilmiş AMAKA-nın  dayağı  və onu əhatəyə almış alverçi yuvaları hökumət tərəfindən darmadağın edildi, Agentliyin adı  da dəyişdirilib MAKA edilərək başqa bir nazirliyin quyruğuna bağlanılmaqla onun taleyi  nöyüt (neft) və qaz alim-alverçilərinə tapşırıldı. Hal hazırkı MAKA dünya miqyasında analoqu olmayan ictimai təminat şöbəsi rolunu oynayır. Əhsən belə idarə etməyə.

Kosmik peyk uçurtmaqla kosmik elmə sahib olmaq mümkünsüzdür. Birinci vacib məsələ odur ki, Beynəlxalq Astonavtika Federasiyası (BAF) və ABŞ-nın NASA-sı ilə əlaqəli işləyib kosmik elmin və onun texnologisanın nəzəri əsasları öyrənilsin.

 

İTİRDİKLƏRİMİZ KİMLƏRDİR ?

VƏ  MÜSTƏQİLLİK  NƏDİR ?

Şəxsən yaxşı tanıdığım Sovet İttifaqı Qəhrəmanı Mərdan Məmməd oğlu Musayev, Böyük Vətən Müharibəsi Qəhrəmanı M.Hüseynzadənin silahdaşı Mirdamət Ağamir oğlu Seyidov və hərbi paradda generaldan qabaqda addımlamağa hüququ olan “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” kimi adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak etmiş Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov kimi Azərbaycanın igid oğullarının qəhrəmanlıqlarını müxtəlif ədəbiyyatlardan oxuduğum kimi öz dillərindən də eşitmişəm. Belə oğullar faşizmə qarşı vuruşaraq misilsiz mərdlikləri ilə xalqımızın yaddaşına canlarından keçmiş müharibə qəhrəmanları kimi əbədi həkk olublar.

Həyatda elə insanlar da vardır ki, sinələrindən qəhrəmanlıqlarını təsdiq edən Qızıl Ulduz asılmasa da yerinə yetirdikləri işlərə görə xalqımız tərəfindən onlar daim xatırlanırlar. Belələri dövləti maraqları şəxsi maraqlarından üstün tutan, ali vəzifələrdə işləyən və işləmiş elm, istehsalat fədailəridirlər.

1.Həmin insanlardan biri də MK-nın əməkdaşı Mehdi Məmməd oğlu Məmmədovdur ki,  hökumətin Ali idarələrini müstəqil idarə etməyi bacaran formalaşmış yetkin bir şəxsiyyət olub. O, istehsalatda özünü doğrultmuş müstəqil iqtisadi siyasət yeritməkdə Azərbaycanın Harri Trumeni (ABŞ-nın sabiq prezidenti) idi. 

2. Rüstəm Baloğlan oğlu Rüstəmov haqqında. Ona SSRİ Nazirlər Soveti Yanında Ali Attestasiya Komissiyası M.İ.Kalinin adına Leninqrad İnstitutu Sovetinin Qərarına əsasən 13.09.1985-ci il tarix 44 saylı protokolla fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adı verilmişdir.

O, 1977-ci ilin iyun ayından AMAKA-nın təşkilatlarında və özündə baş laborant, baş elmi işçi, elmi katib, şöbə müdiri, 1993-cü ilin noyabr ayından 2004-cü il fevral ayının 27-sinə kimi AMAKA-da baş direktorun birinci müavini vəzifəsində işləmişdir.Vəzifəsindən azad olunarkən verdiyi ərizəsindən dörd abzasa diqqət yetirək:

-BMT-nin kosmik cihazqayırma proqramı çərçivəsində Avropa Kosmik Agentliyinin Hollandiyada yerləşən ən nüfuzlu təşkilatı olan Avropa Kosmik Tədqiqatları və Texnologiyası Mərkəzində bir il işləmişəm. Həmin dövrdə Avropa Kosmik Agentliyinin təyinatı üzrə bir sıra Avropa ölkələrində fəaliyyət göstərən mikro-ortoelektronika, eləcə də kosmik texnologiya sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatlara ekspert olaraq ezam olunmuşam;

-Mən BMT-nin Kosmik Məsələlər üzrə Ofisinin tərkibində fəaliyyət göstərən Fəaliyyət Qruplarının üzvü, BMT-nin Asiya və Sakit Okeanı Regionu Ölkələrinin İqtisadi və Sosial Komissiyasının tərkibində Kosmik elm və Texnologiya Regional işçi Qrupunun koordinatoru, Beynəlxalq Astronavtika Federasiyasının koordinatoru, Beynəlxalq Kosmik Agentliyin Direktorlar Şurasının üzvü, Beynəlxalq Kosmik Agentliyin Orta Şərq Regional Bölümünün Sədri, İslam Dövlətləri Kosmik Elm və Texnologiyaları şəbəkəsinin “Kosmik Elm və Texnologiyalar” Jurnalının redaksiya heyətinin üzvüyəm;

-BMT-nin qeyd etdiyim qürumları, eləcə də müxtəlif beynəlxalq təşkilatlar və ölkələr çərçivəsində təşkil edilmiş nüfuzlu tədbirlərinə rəhbərlik etmiş, beynəlxalq tədbirlərdə Təşkilat komitəsinin üzvü olmuşam;

-Uzun illər Kosmik Elm və Texnoloğiya sahəsində aktiv fəaliyyət göstərən bir mütəxəssis kimi Agentliyin ölkənin dayanıqlı inkişafına öz töhfəsini verməsi üçün onun beynəlxalq qürumlara və layihələrə nüfuz və inteqrasiya etməsinin zəruriliyini çıxış yolu hesab edirəm. Bu istiqamətdə son illər müəyyən işləri təkbaşına aparmışam. Məhz bu fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Xarici işlər Naziri 3-10-216-01 say 08 fevral 2003-cü il tarixli məktubla ölkəmizin Avstriyadakı səfirinin hesabatına əsaslanaraq Azərbaycan Respublikası Baş Nazirinə müraciət etmişdir. Həmin məktubda qeyd edilir ki, ABŞ-nın Hyuston 2002-ci ildə keçirilmiş Kosmos üzrə Ümumdünya Konqresinə BMT KMO məni dəvət etmiş və AvroAsiya Aerokosmik Agentliyinin yaradılması haqda təklifimi BMT KMO-nun direktoru müzakirə etmişdir. Məktubda BMT-nin bu məsələyə maraq göstərdiyi bildirilir və AMAKA-nın beynəlxalaq miqyasda inteqrasiyasının zəruriliyi, yəni mənim təkliflərimin onun qeyd etdikləri ilə üst-üstə düşməsi və bunun reallaşması üçün mümkün yolları göstərilir. Bu imkanlardan biri 2003-cü ilin may ayında Ruminiyada “Avropada fəlakətlərin qarşısının alınması üçün kosmik texnologiyaların tətbiqi” mövzusunda seminarını göstərmiş və orada Azərbaycan nümayəndəsinin iştirakının olmasının məqsədyönlü olduğunu bildirmişdir.

Respublikada “Kosmik Elm və Texnologiya” sahəsində yeganə və yüksək təhsil sahibi olan bir mütəxəssisin belə ərizə ilə işdən azad olunması üçün ərizəni icraata qəbul etdirənlərin  elmə laqeyd yanaşmalarını özləri təsdiq etməklə bərabər onlar məsuliyyət hissini itirərək Azərbaycanın bu sahə üzrə elmini uçuruma doğru itələyirlər. Bundan başqa bu ərizəni icra üçün qəbul edən məsul şəxslər fikirləşməli idilər ki, ikinci belə bir kadr varmı. Mən heç də o fikirdə deyiləm ki, R.Rüstəmov əvəz olunmazdır. Ancaq ikinci bir Rüstəmin yetişməsi üçün 26 il əlavə vaxt lazımdır.

R.Rüstəmov AMAKA-da baş direktor vəzifəsini icra edərkən AMAKA-nın üzük qaşı kimi aralarına alan bazar oğlanlarına bir metr də olsun torpağını güzəştə getmədi. Çox təəssüf ki, ərazi alverçilərinin, bir sıra təkəbbürlü, imkanlı şəxslərin güclü təzyiqlərinə məruz qalan, səs-sorağı Avropanın, Böyük Orta Asiyanın-Hindistanın, Pakistanın, Filippinin, Çinin, Malayziyanın,Tailandın və Amerikanın elmi mərkəzlərindən gələn elm fədaisi R.Rüstəmov vəzifəsindən getməli oldu.

13 ildir İttifaq dağılmış, lakin onun qoyduğu qanun-lənətə gəlmiş idarə etmədə pilləli rəhbərlik üsulu yaşayır. Sarı sarmaşıq kimi dövlət müəssisələrini didişdirir.

Dəyərli kadrlarını bir-bir hansı səbəblərdən itirdiyini, müxtəlif təşkilatların quyruğunda nə vaxtə kimi sürünəcəyini, elm-istehsalat yönümlü dörd institut, bir zavod və Beynəlxalq Astronavtika Federasiyasının üzvü olan AMAKA-nın hansı şəraitdə müstəqil təşkilat olacağını düşünən varmı? Bu haqda düşünən varsa, kollektiv ona minnətdar olardı.

Vəzifəsindən azad olmaq üçün R.B.Rüstəmovun ərizəsi qəbul edilir, işlədiyi müddətdə AMAKA-da aparılan işlərdə aktiv iştirak etdiyinə görə təşəkkür elan edilir və TEKTİ-yə “Yerin təbii ehtiyatlarının və ətraf mühitin tədqiqində Aerokosmik Texnologiyaların tətbiqi” elmi-tədqiqat işlərini aparan şöbədə R.B.Rüstəmovu əmək haqqı ödənilməmək şərtilə Baş mütəxəssis vəzifəsinə götürülməsi TEKTİ-nin direktoruna məsləhət görülür. Aradan beş ay keçəndən sonra onu məvacib almadığı Baş mütəxəssis vəzifəsindən azad etmək üçün AMAKA dəridən-qabıqdan çıxır. R.B.Rüstəmovla əlaqədar olan bu hadisələr onu sübut edir ki, daxildən və kənardan kimlərsə AMAKA-nı barmaqlarına dolayaraq idarə olunmaz bir vəziyyətə salmağa çalışır.

Mən elm insanlarının arasındayam. R.B.Rüstəmovla yoldaşlıq edənlər də, etməyənlər də yekdil sual verirlər: ”R.B.Rüstəmov ərizəni nə üçün yazdı? Yazmaq istəyirdisə nə səbəbə bizə məsləhət etmədi? İndi onu əvəz edən kimdir və o vəzifəyə layiqdirmi”?

Bəs hansı səbələrə görə? Səlahiyyətli elmi kadrlardan aldığım məlumata görə o, ingilis dilini yaxşı bildiyindən xarici təşkilatlarda “Kosmik Elm və Texnologiya” sahəsində öz işini yaxşı quraraq bir sıra şəxsləri bu işdən “kənarlaşdırmış” və bu sahədəki işlərin hamısını öz adına çıxmışdır. Qəribə məntiqdir elə deyilmi?

Hörmətli səlahiyyətli şəxslər! R.B.Rüstəmov məhz sizlərin nəzarəti və tabeliyi altında püxtələşib yetişmiş, Yer kürəsinin bütün qitələrinə onu ezamiyyətlərə göndərənlər sizlər olmuşsunuz. “Kosmik Elm və Texnologiya” sahəsində istər respublikanın daxilində, istərsə də xaricindəki 5-10 min km-lik məsafələrdə yerləşən ölkələrdə iş apararkən o, sizlərin yox, şübhəsiz ki, öz imzasını qoyurdu. Sizlər isə istirahət edirdiniz. Onun hansı keyfiyyətlərə malik kadr olduğunu bu 26 ildə görmürdünüzmü?

Bir sıra kadrlarımızın xaricdə təhsil almalarına nə üçün vəsait xərclənirdi? Respublikaya qayıdıb gələndən sonra fəaliyyət dairələrinin genişləndirilməsi bir yana qalsın, onları gözümçıxdıya salmaq nə üçün? Həmin kadrlar məddahbaz və mənsəbpərəst olmayanda müxtəlif təzyiqlərlə üzləşdirib vəzifələrindən azad edilməliydilərmi? Deməli yüksək səlahiyyət sahibləri işləməyi bacarmırlar, işləyənə də imkan vermək istəmirlər.

Başa düşmək lazımdır ki, “mərdi qova-qova namərd etmək asandır, ancaq bunun arxasında dayanmaq isə çətin işdir”. Mənsəbpərəst olmayan insana yersiz tutulan iradların və irəli sürülən ittihamlların heç bir hüquqi əsası yoxdur və bütün bunların hamısı sabun köpüyündən başqa bir şey deyildir. O, “Kosmik Elm və Texnologiya” sahəsində son görülən işlərin hamısını öz adına “çıxan” əməli salehlikdən uzaq yox, 49 yaşlı, öz gərgin zəhməti ilə irəliləyən, sağlam əqidəli, dərindən düşünməyi bacaran və təmiz qanlı Azərbaycanlı balasıdır.

R.B.Rüstəmov kimilərini vəzifələrindən uzaqlaşdırmaq lazım idi ki, AMAKA-nın xarici aləmlə əlaqələri zəifləsin və son anda lazımsız təşkilat kimi ləğv edilərək ərazi alverçilərinə geniş imkanlar verilsin. Keçmiş K.Marks büstünün ətrafı güllü-çiçəkli istirahət zonası olduğu halda, indi həmin ərazi zibilxanaya və alverçi yuvalarına çevrilibdir.

Ərazi satılırsa onda nə üçün AMAKA-nın öz elm-istehsalat kadrlarına satılmır? Axı Agentliyin özündə ərazini kredit hesabına ala bilən yaradıcı elm-istehsalat kadrları vardır. Deməli, mənsəbpərəstlərin saysız-hesabsız çirkli pulları maliyyəyə möhtac olan yaradıcı elm-istehsalat kadrlarından qat-qat qiymətlidir. Sual olunur: Azadlığımızın təşkilatçıları elmi kadrlar olmuşdur, yoxsa çirkli valyuta sahibləri?

Əgər cəmiyyət yetirdiyi və ona sədaqətlə xidmət edən, yüksək təhsil sahibi və yaradıcılıq qabiliyyətləri olan belə kadrlara qarşı zalım və amansız olursa, həmin cəmiyyət özünü şübhəsiz məhkumluğa doğru sürükləyir.

İşlədiyim TEKTİ-də başı İsvecrə saatı kimi dəqiq işləyən R.B.Rüstəmov və hər biri onlarla yüksək keyfiyyətli elmi kadrlar hazırlayıb onları arxasınca apara bilən T.İ.Nizamov,Ə.M.İzmayılov,Q.Q.Məmmədov,R.Ə.Tağıyev,R.N.İskəndərov,K.K.Hüseynov,S.R.İbrahimova,Y.N.Hüseynəliyev,... kimi 32 nəfər dərin zəka sahibləri işə tələbkar və zəhmətsevər yaradıcı elm-istehsalat insanları fəaliyyət göstərirlər. Lakin həm institutda, həm şəxsi həyatlarındakı maddi-texniki çətinliklər onların əl-qollarını tam bağlamaqla yanaşı həmin çətinliklər onları maliyyə cəhətdən imkanlı şəxslərə möhtac edir.

Obyektiv və subyektiv səbəblərdən yüksək elmi səviyyəli kadrlar AMAKA və TEKTİ-dən uzaqlaşırlar, Beləki artıq Akademik-Baş Direktor AMAKA-da yoxdur. R.B.Rüstəmovu isə “ərizə”si əsasında vəzifəsindən azad etmişlər. Yaxın-uzaq qərb və şərqdən ingilis dilli elmi kadrlar görəsən AMAKA-ya nə üçün təşrif gətirmirlər? Gələcəklərsə, onları hansı səviyyədə qəbul ediləcək və hansı dildə danışıqlar aparılacaqdır? AMAKA-nın hal-hazırda fəaliyyət göstərən üç yox, bundan iki dəfə çox müavinləri olsa da belə “Kosmik Elm və Texnologiya” sahəsində çətin ki, R.B.Rüstəmov elmi və cəsarəti səviyyəsində xaricdə Azərbaycanı və AMAKA-nı təmsil və təbliğ edə bilsinlər. Belələri ancaq dedi-qadu yaratmaqla və iş adamlarını bir-birilərinin üstlərinə salışdırmağı, özlərindən yuxarıda əyləşənlərin buyruqqulları olub onların gözlərinə kül üfürərək maddi maraqlarını təmin etməyi bacarırlar. Yaxşı demişlər: “Allah dağına baxıb qar yağdırar”.

Əgər AMAKA respublikada “Kosmik elm və Texnologiya” sahəsinin inkişafı üçün maddi-texnıki təchizatı yaxşılaşdırmaq, AMAKA-nın varlığına əsaslı zərbə vuran ərazi alverçilərinin səsini bir yolluq kəsmək istəyirsə, bütün umu-küsüləri, dedi-qoduları bir kənara qoyub akademik-keçmiş Baş direktor və R.B.Rüstəmovla yanaşı direktorları və yaradıcı elmi kadrları ətrafına toplayaraq pilləli idaretmə üsulundan imtina edib, Respublika Prezidentindən ona müstəqillik verilməsini xahiş etməlidir.

Bununla yanaşı əlavə olaraq qeyd etmək istəyirəm ki, itirib yaşadığımız əsrdə xalqımızın bir daha yetirəcəyini hələlik bilmədiyimiz və əvəzsiz yaradıcı elm-istehsalat fədailəri Yusif Heydər oğlu Məmmədəliyev, Şəfaət Fərhad oğlu Mehdiyev, Tofiq Kazım oğlu İsmayılov, hazırkı  yüz-yüz alimlərdən cürətli olan Mehdi Məmməd oğlu Məmmədov və hələ ki, cismən istəmədiyimiz Rüstəm Baloğlan oğlu Rüstəmov  kimilərinin yerlərinə əkilən sarı sarmaşıqlarının, idarə etmədən və onun təşkilindən bixəbərlərin mövcudluğu Azərbaycanımızın müstəqilliyinin qorunub mökəmləndirilməsində başlıca rol oynayan amillərdən biri “Kosmik Elm və Texnologiya” sahəsinin inkişafının həllini cox təəssüf ki, müxtəlif manelərlə müşkül məsələyə çevirir.

Elmin “Kosmik Elm və  Texnologiya” sahəsinin sürətli inkişafı üçün praktikada özünün tam təsdiqini tapmış müstəqil idarəetmə hüququnun AMAKA-ya verilməsini mən heç də yeganə çıxış yolu hesab etmirəm. Lakin irəli sürülən məsələlərin həllini təmin edən müstəqillik yox, başqa bir himayə vasitəsi və yaxud təşkilatı bir forma vardırsa, qoy elm xadimləri öz təkliflərini versinlər.

Son iki yüz ildə Azərbaycanımızın başına hansı müsibətlər gətirildiyini, indən sonra gətiriləcəyini, hansı coğrafi ərazidə və kimlərin əhatələrində yaşadığımızı biliriksə Müstəqil Respublikamızın yaşaması üçün mütləq elmin “Kosmik  Elm və Texnologiya” sahəsinin sürətli inkişafı naminə idarəetmədə pilləli rəhbərlik ləğv edilməli, maddi texniki təchizatın optimal variantı seçilməli və həmin sahə üzrə yeganə elmi mütəxəssis olan R.B.Rüstəmov vəzifəsinə bərpa olunmaqla yanaşı onun sərbəst işləməsinə şərait yaradılmalıdır.

Nəhayət son olaraq onu demək istəyirəm ki, İttifaq dağılandan sonra ictimai-iqtisadi həyatımızda baş verən qüsurlarda əsassız olaraq keçmiş haqq insanlarını günahlandırmaqla, iş adamlarını şantaj etməklə, qorxudmaqla və  AMAKA-nı xaricdə yüksək səviyyədə təmsil etməyi bacaran, cəsarətli, gözü açıq kadr olan R.B.Rüstəmovu müxtəlif təzyiq yolları ilə məvacibsiz vəzifəsindən azad etdirməklə yox, AMAKA-nın  irəliləməsi üçün faydalı və yuxarıda qeyd olunan əsaslı işlərlə məşğul olmaq lazımdır.

 

                                                                   

Quliyev Elxan Sarı o.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam