Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

NƏDƏN VƏ NECƏ YAZMAQ LAZIMDIR?

 

"Xeberinfo.com":   Bu  mövzu haqqında bir dəfə 08.03.2015-cil tarixdə çıxış etmişəm. Məcburiyyət qarşısında qalıb ikinci dəfə həmin mövzu haqqında yazası oluram. İnsan sevgisi və məhəbbəti bitməz, tükənməz bir mövzudur. Həmin mövzuya aid Molla Pənah Vaqifdən və mərhum Nüsrət Kəsəmənlidən üstün yazanı görmürəm. N.Kəsəmənlinin mətbuatda gedən müsahibəsindən bir parçanı diqqətə çatdırıram:    

“Yeni Azərbaycan” qəzeti 23 fevral 2000-ci il

-Atamla anam ayrılmışdılar. Mən nənə himayəsində qalmışdım. Nənəm barama saxlayırdı və aldığı məvacibə uyğun olaraq mənə ayda on manatdan artıq pul göndərə bilmirdi.

        Mən xatırlayıram:

Atalar , analar dönük çıxanda,

Yaxşı ki, dünyada nənələr varmış.

......................................................

 

Üzümə baxmayın mən güləndə də,

Bir Sevda ağlayır icimdə mənim.

....................................................

Onu ömrüm boyu unuda bilməyəcəyəm. Bu uğursuz sevgimə sonralar da çox şeir yazdım. Sonuncu isə “Bir Sevda ağlayır içimdə mənim” şeiri oldu.

 

Mənəm daş daşıyan bu məhəbbətə,

İtmiş daş qaşıyam bu məhəbbətə,

Özüm də baş daşıyam bu məhəbbətə,

Bir Sevda ağlayır içimdə mənim.

 

Hörmətli yazarlar! Mətbuatda və saytlarda çıxış edərkən elə şeirlər, mövzular seçib yazın ki, günümüzün tələblərinə cavab versin, səlahiyyətli yaramazları yerindən tərpətsin.Yandım bala çağırmaqla hörmət qazanmaq, sevilmək, oxunmaq mümkünsüzdür. Yazarlardan  Tahir Hüseynovun (bir qədər kobud formada yazılsa da) 17.03.2015-ci il tarixdə saytda verilmiş “Daş köpək oğlu” və Şahid Məmmədkərimovun 28.08.2015-ci il tarixdə saytda getmiş “Dünyaya xit” şeiri diqqət çəkəndir.

Oxucularda çatışmayan cəhət odur ki, yazılanlara münasibət bildirmirlər. Əgər oxucular yazılanlara münasibət bildirsələr, daha güclü mövzular meydana çıxa bilər.  Bəzi yazarlar isə gündəmdə qalmaq üşün yazırlar və yaxud məzarlıqda yatan şair və yazıçılarımızı ittiham edir, qüsur da taparaq onları üz-üzə də qoyurlar. Belə yazarlar isə heç kimin diqqətində olmur, nifrət qazanırlar. Təcrübəmdən bilirəm ki, oxucular  diqqət çəkəni oxuyurlar.

 

 

Quliyev Elxan Sarı o.                                           


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam