Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qocaman yazar Əli Həsənova müraciət etdi

                

        

AZƏRBAYCAN  prezidentinin  ictimai-siyasi məsələlər üzrə köməkçisi  cənab Əli Həsənova AÇIQ  MƏKTUB

                   

Xeberinfo.com:  Hörmətli Əli müəllim! Sizi ali hakimiyyət orqanlarında ictimai-siyasi məsələlər üzrə ən bilgili, səviyyəli bir alim- şəxs h   esab edirəm. Bəzən mətbuatdakı çıxışlarımda Sizə istinad etmiş , bəzən də irad tutmuşam.

Heç bir partiyanın üzvü deyiləm. Heç kimdən asılacağım yoxdur. Ömrümün son illərini yox, son günlərini yaşayıram. İstər iqtidar, istərsə də müxalif mətbuatı olsun oxumağa həvəsliyəm. Lakin yaşadığım Xəzər univermağının ətrafındakı hər iki qəzet köşklərini ləğv ediblər. Görəsən niyə???

Bu dəfə Sizə birbaşa məktub ünvanlamağım heç də səbəbsiz deyil. KİV-lərə verdiyiniz:-25.XII.2015-ci il tarixli “Azərbaycan bu vəziyyətdən çıxacaq”, -26.XII.2015-ci il tarixli “ABŞ-la əvvəlki  intensiv münasibətlər yoxdur” kimi iki müsahibəniz “Xeberinfo. com” saytında diqqətimi cəlb etdi. Birinci müsahibənizdə qeyd edirsiniz: ”Media Azərbaycan hakimiyyətinin tərəfdaşı, portnyorudur. Dövlət başçısı da dəfələrlə deyib ki, medianı oxuyur və ona uyğun da idarəçilik qurur. Cəmiyyətin rəyinin hakimiyyətə çatdırılması mühüm vəzifədir və biz bundan sonra da bundan istifadə edəcəyik”.

Mən bu üç cümlədən nikbinlik yox, təskinlik tapdım.  Ancaq təskinlik tapdım ona görə ki, iş işdən keçəndən sonra  heç olmazsa  respublikada baş verən xoşagəlməzlikləri mediadan oxuya bilmişsiniz. Əgər MTN sabiq əməkdaşı polkovnik Tofiq Zəbulla oğlu Rəcəbovun verdiyi məlumatları - Azərbaycan Beynəlxalq Bankın, “Zaminbank”ın, “Azəriqazbank”ın, AZAL ASC-nın apardıqları maliyyə əməliyyatlarını bilməklə zamanında tərpənsəydiniz respublikaya dəymiş zərərin yarısından qurtulmaq mümkün olardı. Sual meydana şıxır; tutalım media yoxdur, bəs bu xoşagəlməzliklərin qarşısını tam ala bilən Respublikanın Baş prokurorluğu nə ilə məşğul idi? Həmin bu əməliyyarlar onu göstərir ki, idarəetmə haqqında düşünmək vacibdir...

Aşağıda qeyd edilənləri nəzərə alsaydınız məmnun qalardım.

1.Müəyyən səbəblər nəticəsində vətəndaşlarımız hüquq-mühafizə orqanları tərəfindən saxlanılır,  onlar hakimlər tərəfindən mühakimə olunur və sonda həbs olunurlar. Həbs olunanların məsələsi gedib Avropa Məhkəməsinin əlinə keçəndən sonra həbs məsələsi  Respublikamız üçün başağrısına cevrilir.

2.Vətəndaşlarımızın bəziləri vətəndən qaçqın düşürlər.

3.”Oliqarx” deyilən şəxslər dövlətdən mənimsədikləri vəsaiti xarici banklara ötürür, yaxud xarici ölkələrdə biznesə yönəldirlər.

4.Saytlardan xəbər gəlir ki, varlıların övladları xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıtmırlar.

5.Respublikada hakimiyyəti ələ kecirmək istəyənlər zorakılığa əl atırlar.

6.İyirmidörd ildir ki, müstəqilik, korrupsiyanın kökü isə kəsilmir. 

  

 “ABŞ-la əvvəlki intensiv münasibətlət yoxdur” kimi yürütdüyünüz mülahizəniz haqqında: Kristofer Smit kimilərinin anti-Azərbaycan təşəbbüslərinə layiqincə cavab vermək gərəkdir və onları yerində oturtmaq vacibdir. Ancaq “Əlbəttə, əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var”. Yenə sual meydana çıxır; nə səbəbə görə “yoxdur”?

Daha sonra qeyd edirsiniz: “ABŞ Dövlət katibinin köməkcisi Viktoriya Nuland Azərbaycana səfəri zamanı demokratiya və insan hüquqları ilə bağlı dövlətlərarası birgə  komissiyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi və bildirmişdi ki, bu sahədə razılıq var. Bu sahədə danışıqlar nə yerdədir?- sualına belə cavab vermişsiniz: “Danışıqlar hal- hazırda getmir. Belə danışıqlar yoxdur. Nulandın səfərindən sonra müəyyən təşəbbüslər oldu, amma sonra bu təşəbbüslər dayandırılıb”.

Hörmətli Ə.Həsənov! “yoxdur”un və hansı səbəblərdən“təşəbbüslər dayandırılıb”ın cavabını Siz verməlisiniz. Həlli vacib məsələlərdən boyun qaçırtmaq olmaz.

İndi isə fikrimi Sizə çatdırmaq istəyirəm. 1.Rusiya bizim ən yaxın, ən varlı qonşumuzdur. Onunla iqtisadi və siyası əlaqələrimiz yaxşıdır və heç bir şərt irəli sürmədən indən sonra da yaxşı olmalıdır. Ancaq sosialist nailiyyətlərini qorumaq, Avropada sülh və təhlükəsizliyi təmin etmək məqsədilə 1955-ci il mayın 14-də  doqquz sosialist dövləti tərəfindən imzalanmış  Dostluq, əməkdaşlıq və qarşılıqlı  yardım haqqında müqavilə ilə yardılan VARŞAVA MÜQAVİLƏSİ kiminəhəng bir qüvvənı saxlaya bilməyən Rusiyaya arxalanaraq ABŞ-la üz-üzə dayanıb anti- ABŞ siyasəti aparmaq bizim ölkə üçün yaxşı nə verə bilər?

2.İranın əhalisi Azərbaycanınkında 8 dəfə, ərazisi 23.5 dəfə böyükdür. Bu faktiki rəqəmləri önə çəkməklə onu demək istəyirəm ki, İranda şah rejimi devriləndən sora ABŞ-la İranın iqtisadi və siyasi əlaqələri tam pozuldu. İran ABŞ tərəfdən iqtisadi blokadaya alındı. Hətta İranın iri sərnişin təyarəsi havada uçan zaman ABŞ hərbi qüvvələri tərəfindən vurulub darmadağın edildi. İranın ABŞ-dakı valyuta ehtiyatı mənimsənildi və Avropa ölkələrindəki valyuta ehtiyatları isə “buxarlandı”.

Respublikanın siyasətini, iqtisadiyyatını idarə edənlər təcrübədən bilməli və xatırlamalıdırlar ki, iqtisadi və hərbi cəhətən güclü dövlətlər başımıza olmazın müsibətlər gətirə bilərlər. Müstəqilliyimizi saxlamaq üçün imkan dairəsində onları eşitmək  bu günümüzdə vacib məsələdir.

Cənab Həsənov! ABŞ-ın hərbi, iqtisadi və siyasi cəhətdən yer kürəsində ən güclü dövlət olduğunu qəbul etmək lazımdır.

 

 

Hörmətlə: Quliyev Elxan Sarı o.                                07.01.2016-cı il 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam