Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İNAM İTİRİLMƏMƏLİDİR

 

 

"Xeberinfo.com":  Ali səlahiyyət sahibləri idarə etmədə elə kurs götürməlidirlər ki, əhali arasında bu kimi şəxslərə  inam itirilməsin. Xüsusi ilə maliyyənin idarə edilməsində səhv addım dövləti uçuruma apara bilər. Bəs hal-hazırda respublikanın maliyyəsi cavabdeh şəxslər tərəfindən necə idarə olunur?

“Xəbərinfo. com” saytı (17.07.2015-ci il) xəbər verir: “ 2014-cü ilin hesabatına görə Azərbaycan Beynəlxalq Bankının ümumi kredit portfeli 8 milyard manatdan çoxu təşkil edib. Onun 7 milyard manatdan çoxu hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 %-indən çoxdur...

Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs-qəti imkan tədbirləri məhkəmə qararı ilə dəyişdirilib. Son rəsmi məlumata görə, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi məbləği 110 milyon manatı təşkil edir ki, bu da ABB-a olan borcun heç minimum həddi də deyil”.  

Burada sual meydana çıxır, bəs respublikada maliyyəyə cavabdeh olan hökumət-Nazirlər Kabineti, Maliyyə Naziri, ABB-ın sədri, AMB sədri, MM-in İqtisadi siyasət komissiyası ABB-ından  küllü məbləğdə buraxılan kreditin geri qayıdacağına tam əmin  idilərmi, kredit hansı təminatla kimlərə verilirdi, talanı görmürdülərmi?

Qanun qanunluğunda qalır. Hüquqi şəxslər tərəfindən ABB-dan alınan   kredit qaytarılmalıdır. Gizlin də deyil ki, küllü məbləğdə alınan kredit borcu havaya sovrulmuş və geri qayıdası da deyl. Həbs də heç bir nəticə verməyəcək. Harınlq o dərəcəyə çatmışdır ki, saytdan verilən məlumata görə Monako qumarxanasının knyazı əlhəzarət II Albert Azərbaycan hakimiyyətinə minnətci düşüb ki, Azərbaycanlı qumarbaz milyon manatlarla uduzduğu pul vəsaiti ücün məsuliyyətə cəlb edilməsin. Alilər isə calışırlar ki, ABB-da baş vermiş biabırçılığın üstünü örtmək üçün ABB-nı harayasa dürtüşdürsünlər, yaxud bəh-bəhlə kiminsə boğazına bağlasınlar və bağlayıblar da.  Bu mümkündürmü? Mümkün olan budur ki, ərzaq məhsullarının qiymətləri arta-arta gedir, aya bəs etməyən təqaüd yerində sayır, əhalinin gündən günə alıcılıq qabiliyyəti tükənir, formadan insana oxşar arxalı manqurtlar isə banklardan milyardlarla manat vəsait qapırlar. Baş verə biləcək İqtisadi böhrana da şərait yaradılır.

Əvvəlcə kiçik bir hesablama aparıb, sonra son sözümüzü deyək. Respublika əhalisinin sayının 9.5 milyon nəfər olduğunu qəbul edib, ABB-ın ümumi kredit portfelinin (7.000-110)=6.890 milyon manatını əhalinin ümumi sayına bölsək adambaşına 725 manat pul vəsaiti düşdüyü aydınlaşar. Beləliklə müxtəlif yollarla əhaliyə çatacaq həmin vəsait, adları oliqarx kimi hallandırılıb əslində moşenniklik satatusu qazanmışlar tərəfindən buxarlandırılmışdır.

İnkişaf etmiş kapitalist ölkələrində iri məbləğdə maliyyə fırıldaqları üzə çıxanda hökumət tam tərkibdə istefaya gedir. Bəs bizdə???

İqtisadi kateqoriyaların məzənnəsinin zorakılıqla dəyişdirilməsinin həmişə əleyhinə olmuş və öz etirazımı mətbuat vasitəsilə yayımlandırmışam. Bir neçə il bundan qabaq hökumət yumurtanın satış qiymətinin artmasına müdaxilə etmişdi. Müdaxilənin nəticəsi yumurtanın satış qiymətinin artması ilə başa catdı.

Hakimiyyət indi də aptek sahiblərindən tibb dərmanlarının qymətlərinin aşağı salınmasını tələb edir. Anlamaq lazımdır ki, tibb dərmanlarının əksəriyyətini respublika Rusiyadan, Polşadan, İngiltərədən, Almaniyadan, Fransadan, İtaliyadan və Türkiyədən alır. Şübhə yoxdur ki, eyni tərkibdə olan tibb dərmanlarının satış qiymətləri də müxtəlif olacaq. Qızıl qiymətinə başa gələn tibb dərmanlarının əhaliyə bir qədər aşağı qiymətə satılması üçün onun istehsalının heç olmazsa 30-40 %-i respublikada inkişafını tapmalıdır. Qiymətlərin aşağı salınmasının ikinci bir yolu gömrük xərcinin və bundan başqa respublika daxilində satışla əlaqəli xərclərin minimum həddə kimi azaldılması ola bilər. Bunların heç birisi mümükün olmayanda isə vətəndaşların əmək haqqını və təqaüdlərini artırılmaq lazımdır.

Şəxsən mən tibb dərmanlarının satışı ilə məşğul olmuram, ancaq onun alıcısıyam və istərəm ki, ucuz alım. Gizlin deyil ki, tibb dərmanlarının xaricdən gətirilməsi və satışı ilə məşğul olanlar hakimiyyətin qohum-ərabalarıdır.

Zorakılıqla, göstərişlə, sərəncamla, əmrlə, xahişlə qiymətlər aşağı salına bilməz. Ali kürsüdən “satış qymətlərini aşağı salın” kəlməsinin deyilməsi bir yolluq unudulmalıdır. 1956-cı ldən bəri əmək fəaliyyətindəyəm, bu günə kimi görməmişəm ki, qiymətdə ucuzlaşma olsun, həmişə bahalaşma olub.

 Dövlətə heç bir xeyri olmayıb xüsusi məqsədlər naminə büdcədən yemlənib bir-birinin təkrarı olan mətbuat orqanlarını, büdcə təşkilatlarından pul çırpışdıran Yerli Xəzinədarlq Orqanlarını (YXO), İctimai təminat şöbəsinin xüsusi forması Mazutçu Alimın Kosmik Agentliyi-MAKA...kimi lazımsız dövlət strukturlarını ləğv edib onlara çəkilən xərcləri vətəndaşların ehtiyaclarına yönəltmək lazımdır.

Ölkədəki talanların qarşısının alınması və idarə etmənin yüksək səviyyədə aparılması üçün ancaq adıyla tanan  Nazirlər Kabineti əvəzində Prezident Aparatında Prezidentin dayağı ola biləcək və  bölgələrdə kiçik tərkibdə çətin vəziyyətdən çıxış yolu tapmağı bacarıb ictimai əsaslarla işləyən idarə etməni kamil bilən alim mütəxəssis-təqaüdçülərdən ibarət  Ağsaqqallar Şurasını yaratmaq məqsədə müvafiqdir. İndiki yaşadığımız ictimai quruluşun köklü surətdə yenidənqurulması zamanın tələbidir.    

Vətəndaşları televerilişlərdə yayımlandırılan olimpiya oyunlarını üzə şirma tutmaqla, boş hay-küy salmaqla (ATV-də olduğu kimi) yox, mənzillə,ərzaqa bərabər əmək haqqı, təqaüdlə təmin etmək lazımdır. Alilərə inamın itirilməməsi ücün optimal yaşayış tələblərini ödəmək təxirə salınmazdır. İnamın itirilməsi dövlətin süqutu deməkdir.                  

 

 

Quliyev Elxan Sarı o.                             


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam