Dövlətin qarantı sağlam təfəkkürlü kadrlardır
Bu araşdırmamı MTN-nin sabiq əməkdaşı , çekist Tofiq Zəbulla o. Rəcəbova həsr edirəm.
Xeberinfo.com: Hörmətli oxucular! Hec bir partiyanın üzvü deyiləm. 77 yaşımdayam və təqaüdçüyəm. Heç bir yerdə işləmirəm. Saytdakı cıxışlarımda keçmiş ittifaq dövrünün idarə edilməsində özünü doğrultmuş təcrübəyə əsaslanıram. Müstəqilliyimizdən qazandığım ancaq dilimizin dövlət dili olmasıdır. Bir mütəxəssis kimi keçmiş ittifaq dövründə haqqı axtaranlar arasında hörmət qazansam da, müstəqilliyimiz dönəmində yaramaz rəhbərlik son iş yerimdə həmin hörmətdən məni məhrum etdi. Bununla yanaşı keçmiş ittifaqı tərifə çəkməkdən də tam uzağam.Danılmazdır ki, o ictimai quruluşun da bağışlanılmaz böyük günahları olub.
Yaşadığımız ərazidə mətbuatı yayan köşklərin hər ikisi ləğv edilib. Mənim üçün yeganə məlumat mənbəyi saytlardır.
İndi isə əsas məsələyə keçək. Ali təhsili başa vurub kəndimizdəki sovxozda baş mühasibin müavini işlədiyim dönəmdə əvvəllər kolxoz olan həmin müəssisədə 30 il baş mühasib vəzifəsində işləmiş Atamdan bir dəfə dövlət mülkiyyətinin necə mühafizə olmasını soruşanda belə cavab verdi: İşlədiyim müddətdə elə ki, görürdüm (1953-cü ilə kimi) kolxozun mülkiyyətinə xor baxan var, telefonu götürüb rayondakı səlahiyyətli təşkilata müraciət edirdim. Bu vaxt məndən soruşulmurdu ki, müraciət edən kimdir. Gəlib verilən məlumatı yerində yoxlayırdılar. Əgər mən yalan məlumat vermiş olardımsa həbs edilməli idim. Verdiyim məlumat həqiqəti əks etdirəndə cinayəti edəni həbs edirdilər.Yəni idarə etmədə operativlik var idi.
Bəs kadrlar necə yetişdirilir, necə tərbiyə olunurdu? Bax bu dediklərimi gözümlə görmüşəm. Hələ məktəbdə ikən şagird oktyabryat, pioner, komsomol, ali təhsil, Ali partiya məktəbindəki pillələri keçəndən sonra rayon partiya komitəsinin ikinci, sonra birinci katibi kimi şöhrətli vəzifəyə tiyin olunurdu. Vətəndaş ali təhsil alandan sonra təsərrüfata təyinatla göndərilir, direktor tərəfindən kiçik vəzifəyə təyin edilir, işdə özünü doğruldan mütəxəssisə sonra baş mütəxəssis kimi vəzifə verilir, nəhayət təsərrüfatların birinə direktor təyin olunurdu.
Bəs müstəqil olduğumuz dönəmdə dövlət necə idarə olunur? 16.06.2015-ci il tarixdə “Xeberinfo.com” saytı vasitəsilə “Şapka” mərəzi, yoxsa canavarlaşma” adında iqtisadi-publisistik yazı ilə çıxış etmişdim. Həmin yazıdan iki abzası sitat gətirirəm: ”Sən saydığını say, gör “oliqarxlar” nə sayır. 19.05.2015-ci il tarixdə”Xeberinfo.com” saytı adbaad doqquz nəfər ”oliqarx” haqqında “ Oliqarxların 6 milyardlıq maliyyə xəyanəti “ mövzusunda geniş məlumat yaydı. Bununla yanaşı məşhur hüquqşünas Aslan İsmayılov “ Təkcə bir bankdan Azərbaycan büdcəsinin üçdə biri oğurlanıb. Hələ digər banklarda nələr baş verdiyini bilmirik” deyərək müsahibə verdi. Yəni bu oğurluq 33.33 %-i təşkil edir, 6 milyard 33.33 %-i təşkil edirsə, bəs necə milyard 100 %-i təşkil edər?
Araşdırmamdan belə alınır ki, Beynəlxalq Bankda 18 milyard dollar vəsait olub. Mərkəzi Bankın maliyyə ehtiyatı 10 milyard olduğu halda hansı səbəbdən nəqd pul vəsaitinin çoxu Beynəlxalaq Bankda özünə yuva salıb?” Mənim bu araşdırmam və faizə görə 18 milyard pulu müəyyən etməm özümə də təəccüblü gəldi. Ancaq tkzib olunmaz rəqəmlər üzə dururdu...
Araşdırmamdan düz beş ay keçəndən sonra MTN-in sabiq əməkdaşı polkovnik Tofiq Zəbulla o. Rəcəbovun “Xeberinfo.com”da cari ilin noyabr ayının 18, 25 və 28-i tarixlərə uyğun olaraq “Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdir”, “18 milyard inqilab pulu”nun sənədləri-ŞOK” və “16 milyard avronu Bakıya kim və necə gətirdi?” adlarında verdiyi müsahibələr yayımlandı. Onun müsahibələri bir sıra qaranlıq məqamların aydınlaşdırılmasına imkan verməsi ilə yanaşı mənim “kəşf”imin-18 milyard rəqəminin təsadifü olmadığını sübuta yetirmişdir.Təsadüf səbəbsiz olmur. Filosoflar Təsadüfü Zrurətin təzahür forması və onu tamamlayan amil saymışlar.
MTN-nin sabiq əməkdaşı polkovnik T.Z.Rəcəbovun “Xeberinfo.com” saytında 18, 25, 28 noyabr tarixlərdə verilmiş məlumatlarından aydın olur ki, üzdən iraq milli təhlükəsizlik nazirliyinin əməkdaşları İŞİD və ermənilərlə geniş formada əməkdaşlıq qurmuş, iş adamlarına qarşı qəddarlıqlar həyata keçirərək onları soymuş, dövlətin pul vəsaitini mənimsəyərək ofşor hesablarda gizlətmişlər və hakimiyyəti də ələ keçirməyə çalışmışlar. Beləliklə onlar Azərbaycan xalqına və hökumətinə xəyanət etmişlər.
T.Rəcəbovun verdiyi müsahibəsində elə məqamlar var ki,heç bir KİV-də həmin məqamların aydınlaşdırılması görünmür.
Əvvəlcə T.Rəcəbovun iki açıqlamasına diqqət yetirək:
1.18 noyabrdakı açıqlamasında deyilir: “Hər gün “Beynəlxalq Bank” və “Azəriqazbank” vasitəsilə “JBS” banka 50 milyon pul ötürüblər. Yazıb vermişəm yoxlamırlar”.
2.25 noyabr tarixli açıqlamasında qeyd edilir: “Mənim ”Yeni Müsavat”a söylədiklərim real informasiyalara əsaslanır. Yazı dərc olunandan sonra yalnız DİŞ Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən maraqlanıblar”.Qeyd edim ki, mən heç vaxt həmin qəzeti alıb oxumamışam.
Yaxşı məlumdur ki, dövlətin daxili təhlükəsizliyini mühafizə edən üç iri nazirlik- Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi fəaliyyət göstərir.
Milli təklükəzlik nazirliyinin illərlə davam edən xəyanətini əllərində kifayət qədər məlumatlar ola-ola qalan iki nazirliklər görmürdülər? Axı, Respulika Prokurorluğunda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bununla yanaşı DİN-nin əməkdaşlarının da Azərbaycana xəyanət edənlərin əməllərindən məlumatları olub.
T.Rəcəbovun yazılı məlumatları Baş Prokurorluq və DİN tərəfindən Ali şəxsə hansı səbəbə görə vaxtında çatdırılmayıb? Biz mstəqilliyi qan töküb, qan bahasına almışıq. Müstəqilliyin qədrini bu formada bilənlər bəs səlahiyyətli vəzifələrdə nə üçün əyləşiblər?
02 noyabr 2015-ci il tarixdə “Xeberinfo.com” saytında “Tanınmış vəkil Aslan İsmayılov MTN-ə qarşı ağır ittihamlar səsləndirib” yazısında qeyd edilir: “MTN işi” ilə bağlı yayılan məlumatlar onu göstərir kİ, çoxlu sayda insanlar heç bir günahı olmadan MTN işçiləri tərəfindən şərlənib haqlarında qurama işlər düzəldərək külli miqdarda da rüşvət alınıb. Sonra isə saxta cinayət işləri prokurorlar tərəfindən təsdiqlənərək məhkəmələrə göndərilib və yenə də rüşvət müqabilində haqlarında şərti cəza olmaqla ittiham edici hökm cıxarılıb.
Əgər doğrudan da ədalətlə araşdırma gedirsə MTN-də istintaqa nəzarət edən həmin saxta ittiham aktlarını təsdiq edən prokurorlar da və qanunsuz hökm çıxaran hakimlər də həbs olunmalıdır”.
Təbiətə, cəmiyyətə, fərdi qayda vətəndaşlara qarşı amansızlıq göstərənləri və ölkəyə qarşı xəyanət edənləri Tanrı cəzalandırmaq istəyəndə əvvəlcə bu kimilərin ağlını başından alır. Anlamadılar ki,qəddarlıqla, soyğunçuluqla, zorakılıqla, iş insalarını alçaltmaqla, dövlət əmlakını mənimsəməklə, idarə etmədə qudalar birliyi yaratmaqla hakimiyyətə yiyələnmək mümkünsüzdür.
Qan bahasına qazandığımız müstəqilliyimizin yaşaması üçün sağlam təfəkkürlü kadrları idarə etmədəki vəzifələrə irəli cəkmək və həqiqəti demək lazımdır.
KİV-lər həmin məsələni araşdırıb məlumat verəndə isə səlahiyyətlilər tərəfinfən təhdidlərə məruz qalırlar. Göründüyü kimi məsələni araşdıran səlahiyyətlilər heç də bu işdə tam maraqlı olmurlar. Bəs nə səbəbə görə? Ölkə üçün təhlükənin baş verməsi nədən, hansı səbəbə görə və əsasən haradan qaynaqlanır? Bax bu sualın başlıca cavabı Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, MTN-nin sabiq əməkdaşı Rövşən Novruzoğlunun 22 oktyabr 2015-ci il tarixdə “Xəbərinfo.com” saytında dərc olunmuş “ŞƏRƏF VƏ LƏYAQƏTLƏ ÖLMƏK İSTƏYƏN VARMI???” araşdırmasında verilmişdir.Həmin araşdırmada başımıza gələn bəlaların haradan və nə səbəblərə görə gəldiyini ABŞ- ın MKİ sabiq direktoru Allen Dallesin hansı təklifləri irəli sürdüyünü, Napaleon Bonapartın müharibədə qəddarlığın, soyğunçuluğun yol verilməz olduğunu etiraf etməsi və şöhrətli alim Nəsrəddin Tusinin yazdığı kimi hər hansı bir dövlətin həyata keçirdiyi funksiyalara uyğun siyasətində təsnifatları-ölkə, qələbə, kəramət və camaat siyasətlərini önə çəkərək sitatlar gətirmişdir. Bu araşdırma R. Novruzoğlunun çıxışlarında xüsusi çəkiyə malikdir.
“MTN işi” məsələıinə görə ondan şikayət edənlərin sayı gündən günə artır.Belə çıxır ki, mtn-çilər elə bir xəmir yuğurmuşlar ki, bu xəmir hələ çox su aparacaq. Nahaq haqqı əvəzləyəndə, nahaq cəmiyyətə sırınanda, idarə etmə nahaqqın əlinə keçəndə içtimai quruluşa inam itir. İnsanları həbs etməklə cəmiyyətin inkişafını təmin etmək mümkünsüzdür. İdarə etmədə köklü islahatları həyata keçirmək günün başlıca və təxirə salınmaz tələbidir.
Nəhayət son olaraq onu demək istəyirəm ki, MTN-nin sabiq əməkdaşı Tofiq Zəbulla oğlu Rəcəbov ən keyfiyyətli, sağlam əqidəli, dözümlü, vətənpərvər, canından keçib qorxu bilməyən, Prezidentimizə sadiq və MTN üçün tam yararlı, əsl çekist- kadrdır. Yaxşı olardı ki, o, öz vəzifəsinə qaytarılsın.
Quliyev Elxan Sarı o.