Redaktor seçimi
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Günün xəbəri

Minsk razılaşması fiaskoya uğradı?

 

Poroşenko ilə Putinin mübahisə etdikləri barədə xəbər yayıldı

 

"Separatçıların rəhbərləri və Rusiya prezidenti Vladimir Putin Debaltsevonun bazar gününə qədər ələ keçiriləcəyi ümidi ilə atəşkəsin favralın 15-də imzalanmasını istəyirdilər".
"Xeberinfo.com":  Məlumata görə, “Wall Street Jorunal” yazır ki, Putinin planı baş tutmadığından qeyd edilən ərazidə şiddətli döyüşlər hələ də davam edir. Məqalədə qeyd olunur ki, Debaltsevoda gedən döyüşlərə görə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında mübahisə ilə yekunlaşan telefon danışıqları olub.
“Minsk danışıqlarında Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Fransua Olland Debaltsevoda döyüşlərin dərhal dayanrılmasını tələb etsələr də, Putin fevralın 15-nə qədər möhlət istəmişdi. Poroşenko isə Rusiya prezidentinin bu istəyi ilə razılaşmaq məcburiyyətində qaldı” - “Wall Street Jorunal”da bildirilir. Fevralın 15-də Putinin Olland və Merkellə baş tutan telefon danışıqlarında bölgədə baş verən gərginlik müzakirə edilib. Rusiya prezidenti deyib ki, Ukrayna qoşunları ərazini mühasirəyə alıblar və imzalanan sənədin əksinə gedirlər.
Poroşenko buna sərt şəkildə etiraz edib. Bundan sonra “Normand dördlüyü” arasında telefon danışığı olub və qarşılıqlı ittihamlar burada da davam edib. Jurnal yazır: "Putinin özündən razı şəkildə hadisə yerindən məlumatlı olması barədə dedikləri və Rusiya qoşunlarının Debaltsevoda olmasını inkar etməsi Poroşenkonu özündən çıxardıb.
O, Rusiya prezidentini riyakarlıqda ittiham edib".
Lent.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam