Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Minskdə razılaşma əldə olundu

 

Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko,Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən imzalanıb. Sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıb

"Xeberinfo.com":  APA-nın “RİA Novosti” və “112.ua” saytlarına istinadən verdiyi məlumata görə, imzalanmış sənəddə aşağıdakı müddəalar nəzərdə tutulur:
 
- Fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılması;
 
- Fevralın 16-dan gec olmayaraq ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi və bu prosesin 14 gün ərzində sona çatması; 
 
- Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilməsi və yeni Konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin (desentralizasiya) təsbit olunması;
 
- Donbassın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı;  
 
- Donbassın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması; 
- Bütün qanunsuz silahlı dəstələrin tərksilah edilməsi;
 
- Bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması.
 
Mətbuata açıqlama verən Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna sərhədçilərinin 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhədin hazırda separatçıların əlində olan hissəsinə nəzarəti bərpa edəcəyini bildirib. O, bütün girovların 19 gün ərzində azad olunması barədə razılıq əldə olunduğunu söyləyib. Ukrayna və Rusiyanın Baş Qərargah rəisləri fevralın 15-də atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirəcəklər.
***
Ukraynadakı münaqişə ilə bağlı Minskə aparılan 16 saatlıq danışıqların yekununa dair 2014-cü ilin 5 və 19 sentyabr tarixlərində Minskdə imzalanan razılaşmaların yerinə yetirilməsi ilə bağlı sənəd imzalanıb.
 
Sənəd Təmas Qrupu tərəfindən imzalanıb.
 
Buna baxmayaraq Minsk razılaşmalarının yerinə yetirilməsinə dəstək barədə bəyannaməni imzalamaq mümkün olmayıb.
 
Jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, danışıqlar zamanı atəşkəsin fevralın 15-də saat 00.00-dan elan edilməsi haqda razılıq əldə olunub.
 
“Güman edirik ki, Debaltsevoda mühasirəyə alınan 6-8 min ukraynalı hərbçi silahı yerə qoyacaq. Münaqişə tərəflərini hərbi texnikanın geri çəkilməsi zamanı təmkin nümayiş etdirməyə çağırırıq. Əgər hamı Donbasda sülhün bərqər olması barədə razılığa gəlmək istəyirsə, Kiyevin Donetsk və Luqansk “xalq respublikaları” ilə birbaşa təmasları olmalıdır”, - deyə o vurğulayıb.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam