Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

14 saat davam edən Minsk danışıqları başa çatdı

 

Tərəflərin fevralın 14-dən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəldiyi bildirilir
“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. 

"Xeberinfo.com":  APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənədin imzalanması gözlənilir.
Razılaşdırılmış sənədin Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu təmas qrupuna verildiyi bildirilir. Onların da sənədə imza atması nəzərdə tutulub.
“Kommersant” qəzetinin xəbərinə görə, tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib.
* * *
Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Minskdə gərgin sammiti fevralın 12-nə keçən gecəyədək çəkib. 
Tərəflər Ukraynanın şərqində 10 aylıq müharibəyə son vermək planını dartışırlar.
Belarus paytaxtında keçən görüşə Petro Poroshenko, Vladimir Putin, Angela Merkel və Francois Hollande qatılıb.
Poroshenko danışıqlardan əvvəl deyib ki, bu görüş Ukraynanın şərqində vəziyyətin “nəzarətdən çıxmasını” əngəlləmək üçün son şansdır.
Bakı vaxtıyla gecə saat 4-də danışıqların səkkizinci saatı başlanıb. Dörd lider Mİnskdəki prezident sarayında bir otaqda müşavirləri olmadan danışıblar.
Ukrayna prezidentinin müşaviri Valeriy Chaly facebook-da yazıb ki, danışıqlar azı daha beş-altı saat çəkə bilər.
Münaqişə zonasında apreldən bəri 5 min 350-dən çox adam ölüb. Ukraynanın şərqində baş verənlər Soyuq Müharibədən bəri Moskva ilə Qərb arasında ən gərgin qarşıdurmanı yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam