Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Proşenko qəbul edib, Putindən səs yoxdu

 

Fransa prezidenti Fransua Ollandın və Almaniya kansleri Angela Merkelin Ukraynanın şərqində gedən müharibəni dayandırmaq üçün gözlənilmədən başlatdıqları vasitəçilik missiyası Kremldə sükutla yekunlaşıb.

"Xeberinfo.com":  Məlumata görə,  Fevralın 6-da Merkel və Olland prezident Vladimir Putinlə saatlarla bağlı qapılar arxasında danışıqlar aparıblar.
Danışıqların yekunu olaraq heç bir bəyanat verilməyib. Olland, Merkel və Putin jurnalistlərin qarşısına çıxaraq 1-2 dəqiqəlik protokol çəkilişinə imkan yaradıblar. Ancaq onların heç biri bir kəlmə də olsun açıqlama verməyib. Daha sonra Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçıları müzakirələri telefonla davam etdirəcəklər.
Xəbər verildiyi kimi, Olland və Merkel fevralın 5-də Kiyevdə olub. Onların sülh planı ilə gəldikləri bildirilir. Prezident Pyotr Poroşenko ilə danışıqlardan sonra iki Avropa ölkəsinin lideri heç bir bəyanat vermədən Moskvaya yollanıblar.
Olland və Merkelin Kiyevdə danışıqlar apardığı saatlarda ABŞ dövlət katibi Con Kerri də orada olub. Lakin Ukraynaya dair sülh planının müəllifləri arasında ABŞ yer almır.
Virtualaz.org saytı xəbər verir ki, Moskvadakı danışıqlardan sonra Almaniya XİN-in rəsmi nümayəndəsi Ştefen Zaybert “Alman dalğası”ına bildirib ki, tərəflər razılıq əldə ediblər və sülh razılaşmasının yerinə yetirilməsinə dair birgə sənədi işləyib hazırlayacaqlar. Bu plan Olland və Merkelin təkliflərinə əsaslanacaq, ancaq onu Putinin və Poroşenkonun irəli sürdüyü təkliflərlə tamamlayacaqlar.
Bu təkliflər arasında Ukraynaya beynəlxalq sülhməramlı kontingentin yeridilməsi, separatçılarla yeni təmas xəttinin tanınması da daxildir.
Almaniya hökumətinin nümayəndəsi isə deyib ki, sabah – fevralın 8-də Merkel, Olland, Poroşenko və Putinin iştirakı ilə telefon konfransı planlaşdırılır. Bu konfrans zamanı tərəflər sülh planının son variantını müzakirə edəcəklər.
Birləşmiş Ştatlar rəsmiləri isə deyiblər ki, Berlin və Parisin sülh təşəbbüsünün detalları onlara məlumdur. Lakin bu detallar açıqlanmır.
2ukBu arada Ukrayna prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Donbass münaqişəsinin sülh yolu ilə həllinə dair təklif etdikləri planı bəyəndiyini bildirib.APA-nın xəbərinə görə, P. Poroşenko Münhendə “Reuters” agentliyinəaçıqlamasında deyib ki, bu plan işləyə bilər. Onun fikrincə, Almaniya-Fransa planı Avropada təhlükəsizliyə nail olmağa imkan yaradacaq.Qeyd edək ki, Merkel və Olland fevralın 5-də Kiyevdə Poroşenko ilə danışıqlar apardıqdan bir gün sonra Moskvaya uçaraq Rusiya prezidenti Putinlə görüşüblər. Danışıqlarda Ukraynadakı böhranın həllinə dair birgə sənəd hazırlanması barədə razılığa gəlinib. Bazar günü tərəflər telefonla yekun məsləhətləşmə aparacaq.
Qeyd edək ki, Olland və Merkelin sülh təşəbbüsü Ukrayna silahlı qüvvələrinin Donbasda gedən döyüşlərdə yeni ərazilər itirməsinin ardınca baş verib. Qərbdə bir çoxları Ukrayna ordusunun məğlubiyyətinin qarşısını almaq üçün Kiyevə silah verilməsinə çağırıblar. Ancaq Avropa İttifaqı buna qarşı çıxır və bildirir ki, Ukraynaya silah verilməsi Donbasda qüvvələr balansını radikal şəkildə Kiyevin xeyrinə dəyişə bilməz. Bu səbəbdən ən münasib çıxış yolu sülh razılaşmasıdır.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam