Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İran ABŞ-ı yeni hücumlarla -hədələdi

 

 

Ekspert: “Açıq və dolayısı yolla ABŞ-a qarşı gedilsə, bunun fəsadları çox ağır ola bilər”

Yenixeber.org: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin Qasım Süleymaninin öldürülməsinə görə hələ ki Amerikaya cavab vermədiyini deyib.

O, yanvarın 8-də İraqda yerləşən 2 bazanın SEPAH tərəfindən raket atəşinə tutulmasının veriləcək cavabların yalnız bir qismi olduğunu bildirib. Sözçü eyni zamanda bu istiqamətdə atılacaq addımların detalları barədə heç bir açıqlama verməyib.

Mətbuat konfransı keçirən Musəvi çıxışını nüvə razılaşması səbəbindən Avropa əleyhinə fikirlərlə davam etdirib. O, həmçinin ölkəsinin Trampın irəli sürdüyü şərtlər əsasında danışıqlar aparmayacağını bəyan edib. Musəvi çıxışında dünya ictimaiyyətini SEPAH-ın vurduğu Ukraynaya məxsus sərnişin təyyarəsi məsələsini şişirtməkdə ittiham edib.

“Kanadanın xarici işlər naziri ilə görüş zamanı da İranın ikili vətəndaşlığı qəbul etmədiyi bir daha vurğulanıb. Buna görə də İslam Respublikası öz vətəndaşlarının ölümü səbəbindən matəmə qərq olan əsas ölkədir. Hadisənin texniki və hüquqi tərəflərinin aydınlaşması üçün müəyyən zamana ehtiyac var və biz bu sahədə lazım olan bütün əməkdaşlıqları yerinə yetirmişik. Bu istiqamətdə nəqliyyat və şəhərsalma nazirimiz Ukraynaya gedib. Bütün ölkələrə təyyarənin vurulması məsələsini siyasiləşdirməməyi tövsiyə edirik”,- deyə sözçü əlavə edib.

 

Musəvi sonda İngiltərənin Tehrandakı səfiri ətrafında baş vermiş qalmaqala toxunub. O, səfirin sərnişin təyyarəsi qurbanlarının anım mərasiminə qatılmasını “həddi aşma” və “şübhəli hərəkət” adlandırmaqla yanaşı, bir daha bu hadisənin baş verdiyi təqdirdə, ölkəsinin daha ciddi addımlar atacağını qeyd edib.

Qeyd edək ki, Musəvinin açıqlamalarından üç gün öncə, yəni çərşənbə axşamı ABŞ-ın İraqda yerləşən səfirliyinin yaxınlığına üç raket zərbəsi endirilib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarındakı mənbə məlumat verib. Bildirilib ki, raket mərmiləri Bağdaddakı xarici diplomatik korpusların yerləşdiyi “yaşıl bölgə”yə düşüb. Hava zərbələri zamanı ABŞ səfirliyindən həyəcan siqnalı səsləri eşidilib. Mənbə hava zərbələri zamanı heç bir itkinin olmadığını bildirib.

Bu raket zərbəsinin ardından diqqətlər İran üzərinə yönəlib. Ekspertlərin bu istiqamətdəki fikirləri birmənalı deyil.

İranın XİN sözçüsünün bu açıqlamaları ilə bağlı fərqli mövqelərə rast gəlinir. Generalının öldürülməsi ilə xarizması zədələnən cənub qonşumuzun bunu bərpa etmək, daxildə sakitlik yaratmaq üçün bu cür açıqlamalara yer ayırdığı vurğulanır. Eyni zamanda dövlət rəsmiləri tərəfindən belə hədələyici fikirlərin səsləndirilməsinin Amerika-İran əlaqələrini daha da gərginləşdirə biləcəyi qeyd olunur. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “İranın Amerika qarşısında cavab zərbəsi olmadı. Xəbər yaydılar ki, guya hərbi bazanı vurublar və 80 nəfər amerikan əsgəri həlak olub. Amma sonradan xəbərin saxta olduğu məlum oldu. İran cavab versə, Amerikanın mütləq cavabı olacaq. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp öncədən 52 bazanı vuracaqlarını açıqlamışdı. Bu baxımdan rəsmi Tehran ehtiyatlı davranır. Düz də edirlər. Boş bazanı vurmaq da buradan qaynaqlanır. Onu da deyim  ki, səhvən Ukrayna təyyarəsinin vurulması İrana ikiqat zərbə oldu. Vəziyyətdən çıxmaq, cəmiyyəti sakitləşdirmək üçün bu tipli açıqlamalar verilir. İnanmıram ki, indiki vəziyyətdə cənub qonşumuz Amerikaya qarşı cavab tədbirləri həyata keçirsin. Ola bilər ki, hansısa dövlətlərdə İrana bağlı olan qruplar nələrsə həyata keçirsinlər. Amma bunun özü də İranın vəziyyətini ağırlaşdıra bilər. Rəsmi Tehranın vəziyyəti olduqca ağırdır.  Açıq və dolayısı yolla ABŞ-a qarşı gedilsə, bunun fəsadları çox ağır ola bilər. Bunu bilən İran tərəfi cəmiyyəti sakitləşdirmək üçün belə açıqlamalar verir ki, gözləyin, cavabımız olacaq. Pozulan xarizmanın bərpası çox çətin olacaq. Çünki ilk gündən cavab verilməyib, boş baza vurulub, mülkü təyyarə səhvən vurulub. İranın artıq özündə müzakirələr başlayıb ki, orduda ciddi çatışmazlıqlar var. Bu ölkənin özündə də aksiyalar oldu ki, Qasım Süleymani qəhrəmanımız deyil. Hətta onun plakatlarını belə cırdılar. Bu da İrana zərbə idi ki, sənin qəhrəman saydığın birini ölkəndə insanların bir hissəsi anti-qəhrəman sayır”.

Politoloq XİN sözçüsünün vurulan Ukrayna təyyarəsi ilə bağlı məsələnin şişirdildiyi yönündəki fikirlərinə də toxundu: “Ölkənin mərkəzində səhvən raket zərbəsi ilə bir dövlətin sərnişin təyyarəsi vurulur. Bu çox ciddi suallar doğurur. Sərhəddə düşmən təyyarəsi ilə bir təyyarə səhv salına bilər. Amma paytaxtın mərkəzində bunun baş verməsi haqlı olaraq dünya ictimaiyyətində ciddi suallar yaradır. Doğrudur, belə hallar başqa ölkələrdə də olub. Vaxtilə Amerikanın özü səhvən İranın mülkü təyyarəsini vurub, nəticədə çoxlu insanlar həlak olub. Sovetlər vaxtilə səhvən Cənubi Koreya təyyarəsini vurmuşdular. İranla bağlı məsələ ona görə ciddi oldu ki, sən Amerika ilə vuruşacağını deyirsən, səhvən mülkü təyyarəni vurursan. Bu hadisədən sonra bir çox aviaşirkət məsələ həll olunmayana qədər İrana uçmaqdan imtina etdi. Musəvinin İngiltərə səfiri ilə bağlı dedikləri də diqqət çəkdi. İran əslində hazırda Amerika ilə deyil, bir sıra dövlətlərlə gərginlik yaşayır. Britaniya səfiri mitinqi belə müşahidə etməyə gedir, bunun üçün bir müddət həbsdə saxlanılır. Cənub qonşumuzun bu dövlətlə də getdikcə münasibətləri gərginləşir. Yenə tək Amerika olsaydı, dərd yarı olardı. Üstəlik də bugünlərdə Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələr elan ediblər ki, əgər İran Uranı zənginləşdirməyə davam edərsə, yenidən bu ölkəyə qarşı sanksiya qərarına qayıdıla bilər. Halbuki əvvəl ancaq Amerika bunu edirdi”.

E.Şahinoğlu Amerikanın İraqdakı səfirliyinə yaxın yerə endirilən üç raket zərbəsində İranın izinin axtarılmasını normal sayır: “Nəzərlərin İran üzərində cəmləşməsi normaldır. Cavabın qarşı tərəf zərər görmədən verilməsi başadüşüləndir. Çünki qarşı tərəf zərər görsə, mütləq sərt cavab verəcək”.     

Siyasi şərhçi Əhəd Məmmədli: ile ilgili görsel sonucu

Siyasi şərhçi Əhəd Məmmədli: “Düşünmürəm ki, Bağdadda ABŞ səfirliyinin boş zonasına atılan üç raket zərbəsinə görə Amerika İrana müharibə elan etsin. Tehran da bunu çox gözəl bildiyi üçün daxili auditoriyasına hesablanmış addımlar atır. Baş verən son hadisələr çox ciddi şəkildə İranın nüfuzuna zərbə oldu. Amerikaya qisas dedilər, ancaq Süleymaninin öldürülməsindən sonra istər onun dəfnində basırığa düşən, istərsə də Ukrayna sərnişin təyyarəsində ölənlər iranlılar oldu. Səhvən sərnişin təyyarəsinin vurulması onu göstərdi ki, İran böyük dövlətlərlə müharibə şəraitinə hazır deyil. Sərnişin təyyarəsinin vurulması ilə İran ordusu qeyri-peşəkarlığını nümayiş etdirdi. İran Amerikaya heç bir ciddi cavab verən deyil. Çünki o gücə malik deyil, malik olsa belə hansı fəsadlarla üzləşəyəcəyini çox gözəl bilir. 1979-cu ildən İranla Amerika arasında sıçan-pişik oyunu davam edir və hər iki tərəf bu cür vəziyyətdən məmnun görünür. Hər iki dövlətin rəsmləri arasında gedən söz atışmaları davam edəcək, amma bu atışmalar real güllə səslərinə çevrilən deyil”.(Yeni Müsavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam