“Nüvəsiz müharibədə Rusiya çox zəifdir”
Xeberinfo.com: 1917-ci ildən bu tərəfə, yenidən Qərbin qəfildən dəhşətə düşdüyü zamanlar başlayıb. Çünkü Qərb, sovet-rus isdedadını lazımınca qiymətləndirə bilməyib. 1957-ci ilin oktyabrındakı “peyk şoku”, həmin dövrlərdən birinə aiddir. Bir qədər sonra Qərb ekspertləri və xüsusən də amerikalılar diqqət etdilər ki, əksəriyyətin 1957-ci ildəki qorxusunun, əslində ciddi bir əsası yoxmuş.
Rusiya nəinki həmişə qorxuducu jestlərin ustası olub, hətta onlar bu istiqamətdəki aldadıcı virtual fəndlərini indi də məharətlə nümayiş etdirə bilirlər. Amma qısaca onu demək olar ki, əslində onların bu ustalıqları Kremlin təriflə söylədikləriylə heç də uyğun gəlmir.
- Avropalılar Rusiyanın öyündüyü “əzələ gücü”nü çox ciddi qəbul edirlər
Vladimir Putin özünü xalqının gözündə nəhəng dövləti bərpa edən insan kimi göstərməklə yanaşı, Amerikanın özünə olan inamsızılığından məharətlə istifadə edir.Avropalılar ən əvvəl Rusiyanın “əzələ gücü”nü çox ciddi qəbul edərək, təlaşdan özlərini ürkək və cəsarətsiz aparırlar. Onların belə davranışları üçün ciddi bir səbəb yoxdur.
Şübhəsiz ki, bir neçə il bundan əvvəllə müqayisədə Rusiya özünü daha aqressiv aparır. Rusiya Qərbin istənilən tərəddüdündən yararlanaraq, müəyyən mənada gücün və bəlağətin köməyi ilə Qərbin buraxdığı boşluqları doldurur. Onu demək lazımdır ki, Rusiyanın istifadə etdiyi həmin güc, əslində gil fundamentin üstündə dayanır.
Konvensianal (nüvə silahı olmayan) müharibəyə qalsa, onda bu məsələdə Rusiya Qərbə xeyli dərəcədə uduzur. Hətta əgər ABŞ Rusiyanın indi etdiyi kimi hərəkət etsə və kiber müharibəyə başlasa, onda Moskva Vaşinqtonun öhdəsindən gələ bilməz. Başqa sözlə belə ifadə etmək olar: Moskva Qərb tərəfindən qəbul olunan qərarlarda üzə çıxan istənilən zəif tərəfləri diqqətdən keçirir və lazımı qaydada bu fürsətdən istifadə edir. Lakin buna baxmayaraq, Rusiya açıq hərbi münaqişədən qaçacaq.
- Putin avantürist deyil
Bu tezis Qərbə daha çox özünə inam verməlidir. Cəsarətsizlik Putini qanadlandırır.NATO-nun cənub cinahından İŞİD-in və əlbəttə ki, Suriyada Rusiyanın AWACS təyyarələri vasitəsilə müşahidə edilməsi qərarı düzgün istiqamətdir. Çünkü Rusiyanın hərbi gəmiləri və təyyarələri, demək olar ki, hər gün NATO sərhəddini pozurlar.
Ola bilər ki, Putin özünü əyilməz insan kimi təqdim etmək istəyir. Lakin o, nə cəsurdur, nə də ki, avantüristdir. Önləyici tədbirlər nəticəsində Moskvanın qarşısı alınanda, onda Putin bu dildən yaxşı anlayır. Putinin aqressiyasının qarşısını alamaq üçün, güc mövqeyində dayanmaqla yanaşı, gərginliyin azaldılması siqnalı da göndərilməlidir. Önləyici tədbirlər görülmədən gərginliyi azaltmaq mümkün deyil.
(“Die Welt”-Almaniya)