Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

“Əhməd Çatayevi İvanişvili hakimiyyəti həbsdən buraxıb”

saakashvili-mikhail.si

 

İstanbul aeroportuna hücumda şübhəli bilinən əslən Çeçenistandan olan Əhməd Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.
Xeberinfo.com:   Məlumata görə, bu barədə hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixael Saakaşvili öz “Facebook” səhifəsində bildirib.
M. Saakaşvili qeyd edib ki, Ə. Çatayev 2012-ci ildə azadlığa buraxılıb.
“Biz hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Ə. Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı həlak olmuşdu. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət isə onu siyasi məhbus hesab etdiyi üçün azadlğa buraxdı”.
Dünən Rusiya Silahlı Qüvvələrindəki mənbə Ə. Çatayevin dəfələrə həbsdə olduğunu açıqlayıb. Bu ilin yanvarında isə Rusiya Milli Anti-terror Komitəsi Ə. Çatayevin İŞİD-in Avropa və Rusiyada terror aktları həyata keçirmək üzrə xüsusi birləşməsinin komandiri olduğu barədə xəbərdarlıq edib.
Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.
Xatırladaq ki, Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb.
Onlardan 3-ü əcnəbidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam