Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Saakaşvili Odessanın rəisini həbs etdirdi

 

Xəbər verdiyimiz kimi, bu gün Odessada gözlənilməz hadisə baş verib.

"Xeberinfo.com":   Odessa Şəhər Daxili İşlər İdarəsinin rəisi Oleq Makuxa 20 min dollar rüşvət alarkən yaxalanıb.

Milis rəisinin saxlanılması ilə nəticələnən əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin "K" xüsusi bölümünün əməkdaşları və hərbi prokurorluğun müstəntiqləri birgə həyata keçirib. Oleq Makuxa Altestovo rayonunda, Kiyev şossesində tutulub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, əməliyyatın baş tutmasında "Patriot" mühafizə şirkətinin rəhbəri Dmitri Kopılovun da köməyi olub.

Odessanın milis rəisinin saxlanılması barədə xəbəri baş prokurorun müavini Anatoli Matios da təsdiqləyib. O bildirib ki, Makuxa "biznes sahəsində maraqlı qruplar arasındakı konfliktin həllinə kömək və əmlak üzərində nəzarəti təmin etmək məqsədilə" rüşvət tələb edib. Hüquq-mühafizə orqanları faktla bağlı ilkin istintaq hərəkətlərini davam etdirir. Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvili baş vermiş hadisədən sonra şəhər milisini buraxıb, yeni heyət təşkil etmək təklifini irəli sürüb. Saakaşvili bildirib ki, o, Odessa milis barədə "mütəşəkkil kriminal struktur" fikrini səsləndirməkdə haqlı imiş. Odessanın qubernatoru hesab edir ki, hazırkı milis heyətini buraxaraq, bu xidmətin tərkibini yenidən formalaşdırmaq lazımdır. Saakaşvili bu barədə fikirlərini facebook səhifəsində paylaşıb.

Saakaşvilinin sözlərinə görə, hazırda Odessa vilayət administrasiyası Daxili İşlər Nazirliyinin rəhbərliyilə birlikdə bütövlükdə hüquq-mühafizə sistemində korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi qrup yaradır. Odessanın qubernatoru vurğulayıb ki, "təmizləmə" əməliyyatı və həbslər davam edəcək.

*    *     * 10:38

Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən, məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.

Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam