Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qazprom” boğazımızdan yapışanda, dadımıza Azərbaycan çatdı”

d7a34a37801a6a0efe8c1749e295512d

 

“Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili yalan danışmaqda davam edir”. 

Xeberinfo.com:  Məlumata görə, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixeil Saakaşvili “Rustavi 2″ telekanalına müsahibəsində deyib.
“O iddia edir ki, Rusiyanın “Qazprom” şirkətinin səhmdarı deyil. Amma hamımız bilirik ki, o, “Qazprom”un əsas səhmdarlarından biridir. Bununla bağlı, İsveçrədə xüsusi hesabat açıqlanıb. Amma o hamını aldatmaqda davam edirdi. “Qazprom”un səhmdarı isə birbaşa olaraq Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi”, – deyə sabiq prezident bildirib.
Bundan sonra, M. Saakaşvili “Qazprom”un 2005-ci ildə Gürcüstana qaz nəqlini dayandırmasını xatırladıb: “Necə unutqan oldunuz?! 2005-ci ildə “Qazprom” boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı. Ardınca biz Azərbaycanla müqavilə imzaladıq. Müqaviləyə əsasən, biz az qala dünyanın ən ucuz qazını alırıq. Bundan sonra yenə ölkəmizi dağıdanlarla işbirliyinə başlandı. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam