Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya təhlükəlidir, Türkiyəni dəstəkləyin”

600@0ABŞ rəsmisi TANAP-ın “Şimal Axını 2″ layihəsindən daha əhəmiyyətli olduğunu deyib.

Xeberinfo.com:   “Rusiyanın həyata keçirdiyi “Şimal Axını 2” layihəsi Avropa üçün risklər yaradır. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Türkiyənin TANAP layihəsinə dəstək vermək daha məntiqli olar. “”CQD” regiona həm iqtisadi, həm də təhlükəsizlik baxımıdan əlavə şanslar qazandıra bilər”.
ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi Amos Hokstain deyib.
O bildirib ki, onsuz da “Şimal Axını 1” tam gücü ilə fəaliyyət göstərmir. “Bəs Rusiyadan Almaniyaya Baltik dənizinin altı ilə 55 milyard kubmetrlik “Şimal Axını 2” layihəsinin məqsədi nədir? Bu layihə ticarət məqsədi daşımır.  Rusiyanın həyata keçirdiyi layihə regionun təhlükəsizliyinə  hədədir. Bu səbəbdən ABŞ layihənin reallaşmasından narahatdır”, – deyə  Hokstain bildirib.
ABŞ rəsmisi deyib ki, TANAP layihəsi daha çox önəmə sahibdir.
“Bu layihənin tikintisini sürətləndirmək daha əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi (CQD) regiona həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlavə şanslar qazandıra bilər. Layihə Azərbaycan, Xəzər bölgəsi,  Türkiyə və Avropaüçün iqtisadi və geosiyasi önəmə sahibdir”, – deyə  Hokstain bildirib.

Amos Hokstain - ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi

Amos Hokstain – ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi

Hokstain Avropa ölkələri arasında enerji məsələlərində bağların daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Enerji qaynaqlarının Avropanın bir ölkəsindən digərinə asan yollarla çatdırılması, bölgənin gələcəyi üçün yeni qapı açaq. Bu, Rusiya və rus qazına qarşı alternativ yaradar. Digər dövlətlərin də bazara girməsinə şərait yaradar”, – deyə ABŞ rəsmisi bildirib.

Rusiya və Almaniya arasında “Şimal axını” qaz kəməri Baltik dənizinin dibi ilə keçir.

Onun tikintisi barədə saziş 2005-ci il sentyabrın əvvəlində – Rusiya prezidentiVladimir Putinin Almaniyaya səfəri zamanı imzalanıb. Uzunluğu 1200 km olan “Şimal axını” Vıborqdan (Leninqrad əyaləti) Qrayfsvaldadək (AFR) keçir.

Martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan iştirak edib. Layihənin 2018-ci ildən tez bitməsi barədə razılıq əldə olunub.

TANAP-ın təməl qoyma mərasimi

TANAP-ın təməl qoyma mərasimi

Qaz boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçməklə tikintisi davam etdirilən TAP qaz boru xəttinə qoşulacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam