Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İsrail ABŞ-ın təklifi ilə razılaşdı -HƏMAS-dan cavab gözləyir

 

İsrail ABŞ-ın 40 girov müqabilində 700-ə yaxın fələstinli məhbusu azad etmək təklifi ilə razılaşıb. 

Yenixeber.org xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalının mənbələri və bir sıra İsrail KİV-ləri, o cümlədən The Times of Israel və Walla məlumat yayıb.

Tərəflər HƏMAS HA hərəkatından cavab gözləyirlər.

Sözügedən təklif ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns tərəfindən irəli sürülüb.

Məlumata görə, İsrail ömürlük həbs cəzası çəkən 100 fələstinlini azad etməyə hazırdır.

Gumanitar yardımın çatdırılması və İsrail hərbçilərinin Qəzza zolağında əməliyyata davam etməsi kimi məsələlər hələ də həllini tapmayıb. İsrailin Qəzza zolağının şimal hissəsinə mülki şəxslərin qaytarılması ilə bağlı ABŞ-ın təkliflərini müzakirə etməyə hazır olduğu bildirilir. Birinci mərhələdə İsrail girovlarının azad edilməsinə başlandıqdan sonra 2 mindən çox fələstinli anklavın şimalına qayıda biləcək.

İsrail anklavın şimalından qaçan 1,3 milyondan çox fələstinlinin sığındığı Qəzza zolağının cənubundakı Rəfahda genişmiqyaslı əməliyyat keçirməyə hazırlaşır. ABŞ nin və eləcə də digər Qərb ölkələrinin sözügedən əməliyyata yanaşması birmənalı deyil.

İsrail və HƏMAS arasında müharibə hərəkatın 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumu ilə başlayıb. 1,2 min israilli öldürülüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox israilli və əcnəbi girov götürülüb. İsrail cavab hərbi əməliyyatına başlayıb, nəticədə 32 minə yaxın fələstinli həlak olub, 74 minə yaxın insan isə yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam