Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ukrayna Rusiyanın daha iki zavoduna zərbələr -ENDİRDİ

 

Ukrayna ordusu Rusiyanın enerji obyektlərinə zərbələr endirməyə davam edir.

Yenixeber.org xəbər verir ki, Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının "Rosneft" dövlət şirkətinə aid iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.

O, teleqram kanalında yazıb ki, Volqa çayı bölgəsindəki Sızran neft emalı zavodunda yanğın olub, Novokubışev neft emalı zavoduna hücumun qarşısı alınıb.

Azarov hər iki zavodun işçilərinin təxliyə edildiyini və tələfatın olmadığını bildirib.

Hər iki müəssisədə il ərzində 8,8-8,9 milyon ton (65 milyon barel) neft emal edilir.

Sosial mediada Sizran neft emalı zavodunda baş vermiş böyük yanğının görüntüləri yayılıb. 

Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam