Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ABŞ mətbuatı İsrailin “tunel” planı haqqında yazdı

 

İsrail HƏMAS-ın hərbi qərargah kimi istifadə etdiyi iddia edilən “tunelləri” dəniz suyu ilə doldurmağı planlaşdırır.

Yenixeber.org xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, ABŞ rəsmiləri İsrailin Həmas-ın tunel şəbəkəsini dəniz suyu ilə doldurmaq üçün böyük nasos sistemi quraşdırdığını iddia edib.

Rəsmilər bildiriblər ki, İsrail bu sistemlə tunelləri dağıtmağı və Həmas üzvlərini sığınacaqlardan çıxarmağı hədəfləyir.

Bəzi ABŞ rəsmiləri planla bağlı narahatlıqlarını ifadə edərkən, bəzi səlahiyyətlilər də ABŞ-ın tunellərin fəaliyyətini dayandırmasını dəstəklədiyini və plana qarşı çıxmayacağını bildirib.

İsrail indiyə qədər təxminən 800 tunel müəyyən etdiyini, lakin tunel şəbəkəsinin bilinəndən çox daha böyük olduğunu iddia edib.

Digər tərəfdən, rəsmilər dəniz suyunun tunellərə buraxılacağı təqdirdə Qəzzada şirin su qaynaqlarının çirklənəcəyini və infrastrukturun zədələnəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam