Yenixeber.org: Bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Serqey Lisak deyib. O bildirib ki, gecə Rusiya qoşunları İran istehsalı PUA-larla Dnepropetrovsk vilayətinə hücum edib.
Onun sözlərinə görə Ukrayna hərbçiləri dörd pilotsuz uçan aparatın hamısını yerə endiriblər.
"Ukrayna səmasında 4 İran PUA-sı məhv edilib"
Ukrayna silahlı qüvvələri rus qoşunlarına məxsus İran istehsalı 4 "Shahed” pilotsuz təyyarəsini məhv edib.