Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

G7 Rusiyaya bütün ixracı qadağan etməyi planlaşdırır

G7 liderləri bütün ölkələri Rusiyaya ixracı tamami ilə qadağan etməyi düşünürlər. 

Yenixeber.org: Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, müvafiq qərar G7 liderlərinin may ayında Xirosimada keçiriləcək sammitində verilə bilər.
Burada Ukraynaya dəstəyin genişləndirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üzrə tədbirlərin müzakirəsi əsas mövzulardan biri olacaq.

G7 ölkələri artıq Rusiya Federasiyasına geniş çeşiddə malların, o cümlədən hərbi məqsədlər üçün istifadə oluna bilən məhsulların və dəbdəbəli malların ixracını dayandırıb.

Qeyd olunub ki, yeni məhdudiyyətlərlə bağlı təkliflər hazırlanır ki, bu da xüsusilə işlənmiş avtomobillər, təkərlər, kosmetik məhsullar və geyimlərə qadağasını genişləndirə bilər.

Mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, eləcə də Avropa İttifaqının liderləri iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam