Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

İnsanın hisslərini mimikasından anlamaq mümkün deyil -ARAŞDIRMA

 

 

İnsan digər adamın üz ifadəsinə əsaslanaraq onun emosional vəziyyətini təyin edə bilməz.

Yenixeber.org:  Bunu ABŞ-ın Ohayo Dövlət Universitetinin Kompüter mühəndisliyi kafedrasının professoru Aleks Martines “Daily Mail”ə müsahibəsində bildirib.

Alim belə bir nəticəyə Bostonun Şimal-Şərq Universitetinin psixoloqları ilə birgə apardığı araşdırmaya əsaslanaraq gəlib.

A.Martines deyib ki, insan gülürsə, bu, onun xoşbəxt və ya əksinə, gülmürsə, bədbəxt olduğu anlamına gəlmir: “Bəziləri iddia edir ki, sadəcə, üzə baxaraq şübhəlinin cinayətdə günahkar, şagirdin diqqətli olub-olmaması və ya müştərinin məhsulu almaqdan məmnun qalıb-qalmamasını təyin edə bilərlər. Tədqiqatımız bu fikrin tamamilə cəfəngiyyat olduğunu göstərdi”.

Alim keçirilən eksperimentdən də bəhs edib. Komanda ilə birgə eksperimentdə iştirak edən könüllülərə qışqıran insan üzünün alt qisminin şəklini göstəriblər. Bir çoxu qarşıdakının qıcıqlandırılmış kişi olduğunu sanıb, ancaq əslində, bu, qol sevincini yaşayan futbolçu olub.

A.Martines və qrupun elmi işində mimikanın bildiyimizdən daha mürəkkəb olması qeyd edilib. Xüsusilə eyni mimika bir neçə emosiya əlamətlərini özündə ehtiva edə bilər. Bundan başqa, üz əzələlərinin hərəkət xarakteri mədəni mühit və insanın şəxsi keyfiyyətlərindən asılı ola bilər.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam